XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » Qorxmaz Hüseynov 186 uşağın zəhərlənməsində yaxasını çəkir

Qorxmaz Hüseynov 186 uşağın zəhərlənməsində yaxasını çəkir

Qorxmaz Hüseynov 186 uşağın zəhərlənməsində yaxasını çəkir
13-06-2017, 10:10

Sumqayıt və ətraf qəsəbələrdə iyunun 7-dən bu günə qədər uşaqlar arasında kütləvi zəhərlənmədən xəstəxanaya 186 nəfər müraciət edib
Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev bunu açıqlayıb. Dediyinə görə, onların hamısı işləmə və qusma ilə gəlməyib, içərisində angenoz, qribos xəstəlikləri ilə də müraciət edənlər var.
Bu hadisə təkcə Sumqayıtda deyil, Bakının bəzi hissələrində də baş verib. Sadəcə, Sumqayıtda daha kütləvi olub.
Sumqayıtda camaat arasında gəzən söz-söhbətlərdə üç versiya irəli sürülür: su borusuna kanalizasiya ilə axıdılan möhtəviyyat vurulub, Ceyranbatan su anbarına zəhər axıdılıb, içməli su satan şirkətlər böhran vəziyyətində daha çox gəlir əldə etmək üçün bu təxribata əl atıb.
"Azərsu” ASC isə uşaqların sudan zəhərlənmədiyini bildirir, Sumqayıt səhiyyə şöbəsi isə uşaqların tut, gilas yeyib üstündən su içdiklərinə görə bu vəziyyətin yarandığını bildirir.
Reallıq ondan ibarətdir ki, bütün sualların cavabları suyun tərkibində hansısa bakteriyaların olmasına gətirib çıxarır.
Hətta Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri N.Baxşəliyev da təsdiqləyir ki, uşaqlar mer-meyvə yedikdən sonra üstündən su içdiyi üçün zəhərləniblər.
Amma 186 uşağın meyvənin üstündən su içməsinə görə işləmə-qusmaya düşməsi inandırıcı görünmür.
Baş verən hadisə yeni tikilən binaların özlərinə məxsus su anbarlarında saxlanan suların çirklənməsi ilə əlaqədar ola bilər.
20 ildir ki, kütləvi istehsalçılardan biri barəsində cinayət işi başlanmayıb və həmişə günahı istehlakçının boyuna qoyurlar. 119 uşağın gərək hamısı eyni ağacdan tut yesin ki, bu variantı mümkün hesab edəsən.
Ancaq içməli su satan şirkətlərin bu məsələdə rolunun olması da istisna edilmir. Su filtrçilərinin bir oyunu olduğunu demək olar. Sumqayıt şəhərində zəhərlənən uşaqlarda aşkarlanan virusun adı açıqlanıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, uşaqların qanından götürülmüş nümunələrin laborator müayinələrinin nəticəsində xəstələrdə "Rota" virusu (Rotavirus) infeksiyası aşkar edilib. Son dörd gün ərzində 136 uşaqda bu infeksiya aşkarlanıb.
Göründüyü kimi, virusun suda olduğu nəticəsi çıxır. Amma “Azərsu” ASC rəhbəri Qorxmaz Hüseynov ictimaiyyət qarşısına çıxaraq ən azı bir açıqlama verə bilərdi.
Q.Hüseynov isə tükünü də tərpətmədi. Onun hansısa məsələdə reaksiya verdiyini son aylarda xatırlayan da olmayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova açıq şəkildə bildirir ki, yayılma yolunun əsasən su olduğu nəzərə alınaraq infeksiyanın baş vermə səbəbinin paylayıcı su şəbəkəsinin olduğu ehtimal edilir:
“Qeyd olunanlarla əlaqədar suyun təmizlənməsi və zərərsizləşdirilməsi tibbi nəzarətə götürülüb. Hazırda suyun tərkibi dövlət standartlarına cavab verir”.
“Bir ərazidən qısa müddət ərzində çoxlu sayda uşağın eyni əlamətlərlə xəstəxanaya müraciət etməsi və onların “ratovirus”la xəstələnməsi bu infeksiyanın su vasitəsilə yoluxması haqqında fikir söyləməyə imkan verir”.
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev bildirib ki, “Azərsu” ASC-nin işçiləri mərkəzin əməkdaşları ilə birgə Sumqayıtın uşaqlar arasında kütləvi yoluxma halı baş verən ərazilərdə su paylayıcı şəbəkənin bütün xətlər üzrə hərəkət istiqamətlərində su nümunələri götürəcəklər

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.