SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Cəlilabad sakinləri HƏYƏCAN TƏBİLİ ÇALDI - Prezidentə müraciət olundu

Cəlilabad sakinləri HƏYƏCAN TƏBİLİ ÇALDI - Prezidentə müraciət olundu

Tarix:

12-09-2022, 09:26

/ 1 043 dəfə oxundu.
Cəlilabad sakinləri HƏYƏCAN TƏBİLİ ÇALDI - Prezidentə müraciət olundu

Bir qrup Cəlilabad sakini azinfo.tv xəbər saytı vasitəsi ilə Ölkə başçısı cənab İlham Əliyevə müraciət ünvanlayıb:

Hörmətli cənab Prezident, biz ilk öncə sözə Sizin mərhum Atanız, həmişə ruhun ehtiramla andığımız Ulu Öndərin gözəl bir kəlamı ilə başlamaq istərdik:
"Bir ağacı kəsən sanki mənim bir qolumu kəsir".

Amma buna baxmayaraq Planetimizin "ağ ciyəri" adlanan meşələrimiz bu günki gün bəzi işbazların gəlir mənbəyinə çevrilib.

Hazırda meşələrimizin qiymətli, adları "Qırmızı Kitab"a düşmüş ağacları kəsilərək mebel sexi və kustar üsulla hazırlanan kömürxanalara daşınır.

Cəlilabad və Göytəpə meşəbəyliklərinin dolaylarını görən adama sanki mənfur qonşularımızın Qarabağ meşələrində törətdiyi "soyqırımlar"ı xatırladır.

Hörmətli Ali Baş Komandan, Xalıqverdi Hüseynov Meşələrin İnkişafı Xidməti rəisi vəzifəsinə təyin olunandan sonra bizim meşələrin "fatiəsi" birdəfəlik verildi. Çünki o, əvvəllər ekologiya sahəsində rəis və digər vəzifələrdə çalışdığı zaman biz bunun əyani şahidi olmuşduq.

Aramızdan meşələr barədə şikayət verəni meşə işçiləri və yaxud da 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin baş müfəttişi Talıb Kərimovun vasitəsilə ələ alıb susdurmağa çalışırlar-şikayətçilərə "get meşədən odun, çilə daşı ( yəni qır, dağıt meşəni ) , dolan və s., amma şikayət etmə" deyirlər !
Talıb Kərimov meşədən çıxan maşınların hər birindən aylıq haqq alır və odunçu, kömürçü və meşələrdən sexlərə işlik material daşıyanlara münbit şərait yaradır.

Bu dırnaq arası ekoloq və işbazlar harda materiallıq ağaclar var onu sanitar qırma adıyla nömrələyib, sonra isə onu kəsdirib material kimi satırlar. Meşələrimizdən olan təbii bərpa kütləvi şəkildə məhv olur- qiymətli ağaclar (azat, dəmirağac və s) paya formasında kəsilərək
Masallı və Cəlilabad ərazilərində çiyələk əkdirən sahibkarlara satılır.

Sözügedən meşəbəyliklərdə 300 hektara yaxın meşə əkini və aqrobağ bataraq məhv oldu və buna görə heç kim cəzalanmadı, dövlətə dəymiş 200.000 manat qədər vəsait hələ də ödənilmədi.
Artıq biz aidiyyatı qurumlara meşə barədə şikayət verməkdən yorulmuşuq.

Hörmətli cənab Prezident, artıq biz ömrümüzün əksər hissəsini sürmüşük, sadəcə olaraq bizi gələcək övladlarımız düşündürür. Qoy heç olmasa onlar gələcəkdə meşənin nə olduğun realda görsünlər, daha meşə görmək üçün qonşu ölkələrə üz tutmasınlar.

Xahiş edirik bizim haqq səsimizə səs verəsiniz.

10 sentyabr 2022-ci il.
//azinfo.tv//

Şərhlər

XƏBƏR LENTİ