Beyləqan xəstəxanasının Elnur Mahmudov "problemi"
- 30-08-2022, 13:40
- 3 249
İndiyə kimi heç bir yerdə işləməyən və idarətmə sahəsi bir yana qalsın, ümumiyyətcə dövlət işindən anlayışı olmayan birisinin birdən-birə baş direktor müavini təyin edilməsinin səbəbi yalnız RÜŞVƏT hesabına ola bilər. Saytımıza daxil olan məlumatda bildirilir ki, Elnur Mahmudov baş direktorun müavini təyin edilməsi üçün TƏBİB-dəki himayədarına 40 min manat rüşvət verməsini dəfələrlə ətrafı ilə olduğu məclislərdə etiraf edib. Bildirilir ki, Elnur Mahmmudov TƏBİB-dəki əlaqələrini yaxşı tutaraq, məhz onların vasitəsilə və əlindəki ciddi maliyyə qaynaqları hesabına yaxın gələcəkdə rayon xəstəxanasının baş direktoru olacağı xəyalları ilə artıq indidən alışıb yanır. Ancaq atalarımızın bu barədə yaxşı misalı var:Tez alışan, tez sönər. Deyəəsn Elnur Mahmudovun bu vəzifə hərisliyi də onu tez söndürəcək. Çünki baş direktor müavinin özünə yaxın şəxslərlə əyləşdiyi məclislərdə tez-tez açıq şəkildə baş direktor Nürəngiz Bəşirovanın artıq Beyləqan xəstəxanasını idarə edə bilmədiyini və yuxarı dairələrin ondan narazı olduğunu dilə gətirməsi bəzi mətləblərdən xəbər verir.
Yəni Elnur Mahmudov xəyyalarında Nürəngiz Bəşirovanın yaxın aylarda vəzifəsi ilə vidalaşacağı və özünün yeni baş direktor olacağı arzusunu açıq şəkildə dilə gətirməkdən çəkinmir. Mahmudov baş direktor vəzifəsi üçün hətta 100 min manat xərcləmək imkanı olduğunu belə danışmağa başlayıb. Bizə görə bu aruzlar və istəklər baş direktor müavinin "yanma"sı ilə nəticələnə bilər.
Qeyd edək ki, saytımıza göndərilən məlumatda Elnur Mahmudovun Beyləqan xəstəxanasında vəzifəsindən sui-istifadə edərək bəzi işçilərə müxtəlif təzyiqlər etməsindən bəhs edilir. Həmin məlumatlarla bağlı araşdırmalarımız davam edir və yaxın günlərdə oxucularımıza daha ətraflı məlumat verəcəyik. Bizi izləməkda davam edin...