SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Beyləqan xəstəxanasının Elnur Mahmudov "problemi"

Beyləqan xəstəxanasının Elnur Mahmudov "problemi"

Tarix:

30-08-2022, 13:40

/ 3 230 dəfə oxundu.
Beyləqan xəstəxanasının Elnur Mahmudov "problemi"

Son illər ölkə səhiyyə sistemində aparılan islahatlar nəticəsində xəstəxanalarda müsbət işlər görülməkdədir. Dövlət xəstəxanalarının sığorta sisteminə keçidindən sonra vətəndaşlarımıza göstərilən tibbi yardımın keyfiyyətində axsamalar olmasına baxmayaraq, ümumi  nəticəni yüksək qiymətləndirmək olar. Aparılan islahatlarda təyin edilən gənc kadrların bəzən yanlış seçilməsi, idarətməyə layiq olmaynların təyinat alması səhiyyə sistemimizin axsamasına və gözdən düşməsinə gətirib çıxardır. Belə kadrlardan biridə bu yaxınlarda Beyləqan Mərkəzi Xəstəxanasının baş direktorunun müavini vəzifəsinə təyin edilmiş Elnur Mahmudovdur. Xalqxeber.az-ın elektron poçtuna daxil məlumatda bildirilir ki, baş direktor Nürəngiz Bəşirova işini bilən və rayon xəstəxanasında ciddi nizam intizam yaradan bir şəxs olmasına baxmayaraq, Elnur Mahmudovun ümumiyyətcə idarəetmədən zərrə qədər anlayışı yoxdur. Sadəcə olaraq vəzifə və kabinet hərisi olan Elnur Mahmudov əlindəki maliyyə qaynağından istifadə edərək TƏBİB-də özünə himayədar taparaq, külli miqdarda rüşvət verməklə baş direktorun müavini vəzifəsinə təyin edilib.

İndiyə kimi heç bir yerdə işləməyən və idarətmə sahəsi bir yana qalsın, ümumiyyətcə dövlət işindən anlayışı olmayan birisinin birdən-birə baş direktor müavini təyin edilməsinin səbəbi yalnız RÜŞVƏT hesabına ola bilər. Saytımıza daxil olan məlumatda bildirilir ki, Elnur Mahmudov baş direktorun müavini təyin edilməsi üçün TƏBİB-dəki himayədarına 40  min manat rüşvət verməsini dəfələrlə ətrafı ilə olduğu məclislərdə etiraf edib. Bildirilir ki, Elnur Mahmmudov TƏBİB-dəki əlaqələrini yaxşı tutaraq, məhz onların vasitəsilə və əlindəki ciddi maliyyə qaynaqları hesabına yaxın gələcəkdə rayon xəstəxanasının baş direktoru olacağı xəyalları ilə artıq indidən alışıb yanır. Ancaq atalarımızın bu barədə yaxşı misalı var:Tez alışan, tez sönər. Deyəəsn Elnur Mahmudovun bu vəzifə hərisliyi də onu tez söndürəcək. Çünki baş direktor müavinin özünə yaxın şəxslərlə əyləşdiyi məclislərdə tez-tez açıq şəkildə baş direktor Nürəngiz Bəşirovanın artıq Beyləqan xəstəxanasını idarə edə bilmədiyini və yuxarı dairələrin ondan narazı olduğunu dilə gətirməsi bəzi mətləblərdən xəbər verir.

Yəni Elnur Mahmudov xəyyalarında Nürəngiz Bəşirovanın yaxın aylarda vəzifəsi ilə vidalaşacağı və özünün yeni baş direktor olacağı arzusunu açıq şəkildə dilə gətirməkdən çəkinmir. Mahmudov baş direktor vəzifəsi üçün hətta 100 min manat xərcləmək imkanı olduğunu belə danışmağa başlayıb. Bizə görə bu aruzlar və istəklər baş direktor müavinin "yanma"sı ilə nəticələnə bilər. 
Qeyd edək ki, saytımıza göndərilən məlumatda Elnur Mahmudovun Beyləqan xəstəxanasında vəzifəsindən sui-istifadə edərək bəzi işçilərə müxtəlif təzyiqlər etməsindən bəhs edilir. Həmin məlumatlarla bağlı araşdırmalarımız davam edir və yaxın günlərdə oxucularımıza daha ətraflı məlumat verəcəyik. Bizi izləməkda davam edin...

Şərhlər

XƏBƏR LENTİ