Çökən tibb məntəqəsi "dilə gəldi": Əlac et, ey TƏBİB! - VİDEO
Gədəbəy rayon Mərkəzi Xəstəxanasının Fərzalı kənd məntəqəsi bərbad vəziyyətdədir.
Xalqxeber.az bakupost.az-a istinadla xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb.
Bildirilir ki, sağlamlıq ocağı hər an uça bilər.
Görüntülərdə otaqdakı pis vəziyyət, döşəmənin çökməsi, divarların çat atması əks olunub.
Hətta iddia olunur ki, işçilər iş vaxtı qorxudan məntəqənin həyətində otururlar.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə (TƏBİB) əlaqə saxladıq.
Qurumdan bildirildi ki, görüntülər araşdırılıb məlumat veriləcək.
Səhiyyə Nazirliyindən isə qeyd olundu ki, bu məsələnin nazirliyə aidiyyəti yoxdur:
“Tibb müəssisələri TƏBİB-in tabeliyindədir”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək