SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Xalıqverdi Hüseynov dövlətin malına sahiblənir... - BU DA FAKT!!!

Xalıqverdi Hüseynov dövlətin malına sahiblənir... - BU DA FAKT!!!

Tarix:

29-08-2022, 09:41

/ 1 377 dəfə oxundu.
Xalıqverdi Hüseynov dövlətin malına sahiblənir... - BU DA FAKT!!!

 
Dövlət Meşə fondu torpaqları toxunulmaz olduğu halda, görəsən Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Qalib Həsənov kimə arxayın olaraq tutduğu vəzifədə ciddi nöqsan və cinayətlərə yol verərək öz istədiyini edir?!.
Belə ki, əməkdaşlarımız Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin bir neçə meşə dolaylarında kənd təsərrüfatı bitkilərinin əkildiyinin şahidi olublar. Onlar həmin əkinlərin fotoşəkillərini çəkib lentə də alıblar.

Bərdə rayon Əyricə kəndinin yanında dövlət meşə fondu torpaqlarında qanunsuz 40.00 ha sahədə pambıq, qarpız və s. bitkilərin əkildiyini aşkar ediblər.
Koordinatlar:
x-693586, y-4479827;
y-694220, y-4480058;
y-693479, y-4480143.

Görəsən Meşələrin İnkişafı Xidmətinin 13 aprel 2022-ci il tarixli 137/EM saylı əmri niyə Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzində icra olunmayıb.
Yəni, qanunsuz əkin, biçənək və mal-qara fermaları aşkar olunub araşdırılmadı.
Aldığımız məlumata görə, bu işin başında duranlardan da biri Meşələrin Inkişafı Xidmətini rəisi Xalıqverdi Hüseynovdur.
Və deyilənə görə sözügedən Mərkəzdə hər hektarı dövlət meşə fondu sahibkar və vətəndaşlara 400 manata satılır.

Xahiş edirik Baş Prokurorluq bu işi nəzarətə götürüb araşdırma aparıb və yekun nəticə barəsində bizə məlumat versin.

Bizi izləmıkdə davam edin.
Sizə növbəti dəfə Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin Xidməti ərazilərində olan mal-qara fermaları barədə faktlarla məlumat verəcəyik.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. //dogruxeber.az//

Şərhlər

XƏBƏR LENTİ