SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Nazir deputatı cərimələdi: Nəriman Əliyevin “Ştutqart”ı “qara siyahı”da...

Nazir deputatı cərimələdi: Nəriman Əliyevin “Ştutqart”ı “qara siyahı”da...

Tarix:

12-06-2017, 10:29

/ 61 327 dəfə oxundu.
Nazir deputatı cərimələdi: Nəriman Əliyevin “Ştutqart”ı “qara siyahı”da...

Vergilər Nazirliyinin cərimələdiyi şirkətlər və obyektlər arasında Masallıdan olan deputat Nəriman Əliyevə məxsus “Ştutqart” mağazaları da var
İyun ayının 5-də fiziki şəxs Nəbiyev Toğrul Fuad oğlunun rəhbərlik etdiyi kompozit taxta sexində və "Vegaplast” MMC-yə məxsus istehsal sexində əmək münasibətləri sahəsində vergi nəzarəti tədbirləri keçirilib.

Vergilər Nazirliyindən verilən xəbərə görə, 2017-ci ilin ötən 5 ayı ərzində əmək müqavilələrinə nəzarət tədbirləri zamanı 261 vergi ödəyicisi üzrə 1965 nəfər əmək müqaviləsi olmayan işçi aşkar edilib, işəgötürənlərə 1,6 mln. manat maliyyə sanksiyası tətbiq edilməklə məsuliyyət qərarı çıxarılıb.
Bu müddət ərzində "Ştutqart" (ehtiyat hissələri mağazaları), "Halal Tekstil", "Arm” (MADO restoranlar şəbəkəsi), "Altrade", "Təmiz Qida", "Salam Şirkətlər Qrupu" (Salam taksi) MMC kimi vergi ödəyicilərində də işçi sayının azaldılması halları aşkarlanaraq, onların barəsində məsuliyyət qərarı çıxarılıb.
Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq, intizamsız vergi ödəyicilərinə qarşı qanunvericilikdə nəzərdə tutulan ən sərt tədbirlər görüləcəkdir.
Məlumata görə, nazirliyin cərimələdiyi “Ştutqart” mağazalar şəbəkəsinə Masallı rayonundan millət vəkili seçilmiş Nəriman Əliyevin bacısı oğlu Əfqan Abdullayev müdirlik edir.
Amma millət vəkilinin adı rəsmi sənədlərdə qeyd olunmasa da, rəhbərlik kimi onun adı çəkilir. Ştutqart MMC-nin direktoru Əfqan Abdullayev Arif oğlunun işçilərə küllü miqdarda məbləğ yükləmə faktı ortalığa çıxıb.
Dayısı Milli Məclisin Deputatı Nəriman Əliyevin vəzifəsindən istifadə edən Əfqan Abdullayev bir neçə dəfə işçilərini hədə qorxu ilə boyunlarına küllü miqdarda pul yükləyib.
Bunu etməkdə əsas məqsədi işçilərin ömrü boyu başqa mağazada işləməməsi, işçini özünə borclu edib həmişəlik şirkətdən aslı etmək istəyidir.
Şikayəti isə olduğu kimi təqdim edirik. “Mən Rəfiyev Fərhad Rasim oğlu başıma gələn məmur özbaşınalığı ilə bağlı Azərbaycan ictimaiyyətinə müraciət edirəm.
Bu ilin Yanvar ayında 10 il satıcı işlədiyim Ştutqart mağazalar şəbəkəsinin rəhbəri Əfqan Abdullayev və dayısı şirkətin qeyri rəsmi sahibi millət vəkili Nəriman Əliyevin mənə və ailəmə göstərdikləri qorxu və təzyiq nəticəsində mənim bütün əmlakım əlimdən alındı.
Millət vəkili Nəriman Əliyevin mənə telofanla və şəxsən görüş zamanı etdikləri təzyiqdən sonra mənim 109 kvadratlıq evim bacısı oglu Əfqan Abdullayevin adına keçirildi.
Mənim, həyat yoldaşımın və qardaşımın idarə etdiyimiz 3 avtomaşın isə deputat Nəriman Əliyevin qardaşı olgu Əliyev Qubad İmran oglunun adına keçirildi.
Bir gün içində mən və həyat yoldaşım göz yaşları içində qorxaraq bütün əmlakımızı millət vəkili Nəriman Əliyevin bacısı və qardaşı oglanlarının adına keçirdik”.

Şərhlər

XƏBƏR LENTİ