Bu da `Qala Sığorta`nın SIĞORTA SİYASƏTİ: Özləri DİAQNOZ QOYUR, SONRA DA... - GİLEY
"Şikayətim "Qala Sığorta" şirkətindəndir". DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Elvin adlı istifadəçi giley edir.
Daha sonra narazı vətəndaş yazır: "15 avqust tarixində "Qala Sığorta" məni Tusi klinikasına qastroentereloqa yönləndirdi. Müayinələrdən keçdim, biopsiya üçün City Hospital-a yönləndiririldim. Biopsiya ödənişi etdim, bir həftə sonra nəticələri götürüb qayıtdım həkimin yanına.
Biopsiya nəticəsində Kron xəstəliyinin önə çəkildiyi və əlavə müayinələrə ehtiyac olduğu qeyd olunub. Həkim diaqnozu tam olaraq təsdiqləmədi və KT-ə ehtiyac olduğunu dedi.
Bu məqamda "Qala Sığorta" əməkdaşları Kron xəstəliyinin təsdiqləndiyini və bu xəstəliyin sığorta proqramına daxil edilmədiyini əsas gətirərək KT ödənişini qarşılamaqdan imtina etdi.
Həkim diaqnozu təsdiqləmədiyi halda "Qala Sığorta" özbaşına mənim diaqnozumu təsdiqləyərək, ödənişdən imtina edir. Bununla bağlı şikayəti hansı quruma yönləndirməyi məsləhət görürsünüz?"
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək