SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Türkiyə ordusu daha 9 terrorçunu məhv etdi

Türkiyə ordusu daha 9 terrorçunu məhv etdi

Tarix:

20-08-2022, 12:00

/ 628 dəfə oxundu.
Türkiyə ordusu daha 9 terrorçunu məhv etdi

 
Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriya və İraqın şimalında doqquz terrorçu zərərsizləşdirilib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, terrorçulardan beşi Suriya ərazisində “Sülh çeşməsi”, dördü isə İraqın şimalında “Pəncə-Kilid” antiterror əməliyyatlarının aparıldığı bölgədə məhv edilib.

Zərərsizləşdirilən bu terrorçuların türk hərbçilərinə qarşı hücum planlaşdırdıqları müəyyən edilib.

Əməliyyatlar davam edir.

Şərhlər

XƏBƏR LENTİ