SOS: “Azərsun” kanalizasiya suyu ilə duz çıxarır - BU NƏDİ BELƏ?
Masazır gölünündə fəaliyyət göstərən “Azərduz” zavodu oradan duz çıxarmaq üçün Binəqədi gölünün (Qır gölü) suyundan istifadə edir, buna görədə hal-hazırda gölün yarı hissəsi quruyub.
Xalqxeber.az Reportyor.info-ya istinadla xəbər verir ki, Binəqədi qəsəbəsinin kanalizasiya suları heç bir təmizləmə prosesindən keçmədən birbaşa Binəqədi gölünə, oradan isə Masazır gölünə axıdılır.
Hardasa 2 il əvvəl Ecofront olaraq Binəqədi gölündə təmizlik aksiyası edən zaman həmin axarı texnikanın köməyi ilə özbaşına bir neçə dəfə dayandırmışdıq. Buna baxmayaraq hər dəfə Azərduz bəndi dağıdaraq axarı bərpa edirdi. Beləliklə İndi Azərduz həm çirkab su ilə duz çıxarır, həm də gölün yarısını qurutmağı bacardı. Hal-hazırda kiçik kanalla (fotoda görünən) Binəqədi gölünün sulu olan hissəsində qalan su da Masazır gölünə axıdılır.
Biz nə edə bilərik:
1. Məsələ həllini tapana kimi Azərduz markalı duz almayaq. Bu arada biz Ecofront olaraq artıq 2 ildir Azərduz istifadə etmirik. Naxçıvan duzundan istifadə edə bilərsiniz.
2. Problemin həll edilməsi üçün məsələni maksimum ictimailəşdirək.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək