SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Ağstafada SSRİ-ni yaşadan SƏHİYYƏ SİSTEMİ... - Bu gerilik ancaq sovet dövrünə xarakterikdir...

Ağstafada SSRİ-ni yaşadan SƏHİYYƏ SİSTEMİ... - Bu gerilik ancaq sovet dövrünə xarakterikdir...

Tarix:

9-08-2022, 15:22

/ 1 113 dəfə oxundu.
Ağstafada SSRİ-ni yaşadan SƏHİYYƏ SİSTEMİ... - Bu gerilik ancaq sovet dövrünə xarakterikdir...



Bir müddət əvvəl xəbər vermişdik ki, "Ağstafa rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs"in təcili yardım şöbəsi lazımı şəkildə fəaliyyət göstərmir.
Xatırladaq ki, çağırışlara vaxtında gedə bilməyən, tibbi avadanlıqları çatışmayan, xəstələrə yaxşı halda analgin-dimedrol vurmaqla kifayətlənən təcili tibbi yardım şöbəsində yaşı 70-i ötmüş Adil Əmrahov kimi "pensionerlər" də işləyir. Bununla da, hər hansı bir tibbi irəliləyişə nail olmağın mümkünsüz olduğunu diqqətə çatdırmışdıq.

Yaydığımız xəbərin üstündən aylar keçdi, nə dəyişdi?

Belə görünür, Ağstafa rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs"ə Ramin Bayramlının təyin etdiyi, hazırkı TƏBİB rəhbərliyinin də işlətdiyi İlham Sofiyev nəinki baş həkim kimi, bir həkim kimi də xəstəxananın təchizatı ilə maraqlanmayıb, təcili yardım şöbəsinin müasir çağırışlara cavab verən bir şəkildə qurulmasını təmin etməyib.

Xəstəxana və onun təcili yardım şöbəsi ilə bağlı ötən ay baş verən bir hadisə də orada vəziyyətin acınacaqlı şəkil aldığını təsdiqləyir. Xatırlayanlar bilər ki, el arasında "eşşək arısı" kimi tanınan həşəratın Şəmkir rayon sakinini sancması səbəbindən dünyasını dəyişməsi ölkəyə "mövzu" oldu. Dünyasını dəyişən şəxsə görə, Ağstafa rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs"in hansı səviyyədə olduğu bir daha "imtahan" edildi. Məlum oldu ki, xəstəxanada həkimlər və onun təcili yardım şöbəsi tərəfindən arı sancması zamanı zəhərin toksiki effektinin həddən artıq ola biləcəyini nəzərə almayıblar. Bu zaman yarana biləcək anafilaktik vəziyyəti, bunun da təzyiqin düşməsinə, ürək döyüntülərinin zəifləyə biləcəyinə gətirib çıxaracağını, xəstənin ölmüş kimi bir vəziyyətə düşəcəyini ağıllarından keçirməyiblər. Yəni həkim savadı və peşəkarlığı kritik reaksiyalara adekvat cavab verə bilməyib, ölümün dəqiq baş verdiyi müəyyənləşmədən xəstəni sahibinə veriblər. Əgər xəstənin anafilaktik reaksiyalar səbəbindən kliniki ölüm keçirdiyi dəqiq müəyyənləşsə, ona hər cür təxirəsalınmaz tibbi yardım göstərilsə idi, həyata qaytarmaq mümkün olardı. Yox xəstə, bioloji ölüm keçirmişdirsə, 15 saat sonra (bəlkədə çox) qəbiristanlıqda niyə ayılır, Gəncəyə xəstəxanaya aparılırdı ki?!

Bu hadisə bir daha subut etdi ki, "Ağstafa rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs" Allahın ümüdünə buraxılıb, İlham Sofiyev və başına yığdığı həkimlərə orada vaxt keçirməyə zaman tanınıb. Hərçənd ki, arı sancması nəticəsində ölüm hadisəsinə verilən rəydən sonra xəstənin qəbiristanlıqda ayılması bunu deməyə əsas verir. Bu günün özündə də belə hadisələrdən nəticə çıxarılmayıb. Ağstafa rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs"in fəaliyyəti ekstremal vəziyyətlərdə heç bir xəstə üçün qismən də olsa, təminat verici hala gətirilməyib.

Təsdiqləyici vəziyyət

Faktinfo.az saytının əldə etdiyi məlumata görə, Ağstafa rayon Mərkəzi Xəstəxanası təcili yardım şöbəsində normal işləyən 5 ədəd təcili yardım maşını tapmaq mümkünsüzdür. O cümlədən, təcili tibbi yardım maşınlarının EKQ aparatı və oksigen balonu yoxdur, dərman təminatı, digər tibbi ləvazimatlardan danışmaq isə yersizdir. Xəstəxananın 6 təcili tibbi yardım maşınından 1-i normal işləmir. Maşınlar xəstə çağırışlarına saatlarla gecikir. Xəstələrin, şəhid analarının, qazilərin çağırışlarına gedən həkim çıxılmaz vəziyyətdə qalır. Xəstəxananın təcili yardım şöbəsində həkim çatışmır, orada heç kim işləmək istəmir. Çünkü işi ağır olan təcili yardım şöbəsinə rüşvətsiz həkim götürülmədiyindən, orada işləməyə maraq demək olar ki, yoxdur. Təsəvvür edin ki, bəzən xəstə çağırışına həkim yox, tibb bacısı getməli olur. Səbəb də növbədə olan həkimi çağırış zamanı əvəz edənin olmamasıdır.

Təbii bir gün sual verilə bilər ki, EKQ aparatı yoxdursa, çağırışa gedən həkim infrakt keçirən xəstəyə necə diaqnoz qoyur? Yoxsa xəstənin üzünə baxıb rəy verilir? Gülünc deyilmi? Bir sözlə, İcbari Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB rəhbərliyi "Ağstafa rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs" və onun təcili yardım şöbəsi barədə dərindən düşünməli, orada ciddi islahatlara gedilməlidir. Niyə?

Təsəvvür edək ki, ətraf rayonlarda hansısa bir fors-major halı baş verib. (ALLAH ELƏMƏSİN). Ölkə rəhbərliyi səviyyəsində ilkin olaraq, "Ağstafa rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs" də çalışan həkimlərin və təcili yardım şöbəsinin köməyinə ümid edilir. İcbari Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB rəhbərliyi hansı vəziyyətə qalar?

FUAD İSGƏNDƏROV
FAKTİNFO.AZ


Şərhlər

XƏBƏR LENTİ