SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Əbülfəz Məlikovun ilginc həyatı: “Broker” erməni qızlarını ölkəyə necə gətirir? - SENSASİYA

Əbülfəz Məlikovun ilginc həyatı: “Broker” erməni qızlarını ölkəyə necə gətirir? - SENSASİYA

Tarix:

7-08-2022, 16:16

/ 1 133 dəfə oxundu.
Əbülfəz Məlikovun ilginc həyatı: “Broker” erməni qızlarını ölkəyə necə gətirir? - SENSASİYA



Əbülfəz Məlikovun ilginc həyatı – “Broker” erməni qızlarını ölkəyə necə gətirir? Səfər Mehtiyevin “qara kassası” həbs ediləcək?

Gömrük İmperiyası”nın Anar Allahverdiyevi kimdir?

“Trans-Broker” MMC-nin gömrükdəki hegemonlüğündan və sahibkarlara çevrilmiş kabusdan bəhs olunub. Məqalədə “Broker” MMC-nin fəaliyyətinə toxunularaq Dövlətdən milyonlarla vəsaitin necə oğurlanması ilə bağlı aparılan araşdırmalar nəticəsində üzə çıxan faktlara yer verilib.

Əbülfəz Məlikovun “Gömrük İmperiyası”

“Broker Əbülfəz” kimi tanınan Əbülfəz Məlikov gömrük sistemini tamamilə nəzarətinə götürüb, Dövlət Kömrük Komitəsindən də böyük səlahiyyətlərə sahibdir. Onun cinayətkar şəbəkəsi gömrükdə özəl qaydalar tətbiq etməklə sahibkarları tələblərini yerinə yetirməyə məcbur edirlər. Tələblərdən imtina edən sahibkar sərhəddən heç bir mal ölkəyə keçirə bilməz.

Azərbaycana mal keçirmək istəyən istənilən şəxs, şirkət “Trans Broker” MMC-nin işçilərinə “haqq” ödəmək məcburiyyətindədir. Sahibkarların gətirdiyi mallar Əbülfəz Məlikovun brokerlərinin adına rəsmiləşdirilib, rüşvəti də sahibkarlardan bu yolla alırlar. Brokerlər ən müxtəlif sahələri inhisarda saxlayanların maraqlarına uyğun olaraq idxal olunan məhsullara rüşvət tarifləri tətbiq ediblər ki, bu da sonradan həmin malların qiymətlərinin bahalaşmasına səbəb olub. 

Sahibkarlardan yığılan rüşvət isə “Trans Broker” MMC-yə axıb. Buna görə brokerlərin hər birinə Ə.Məlkov 5 min manat “paket” maaş verib. İşçilərin sayı isə 3000 nəfərdən çoxdur.

Araşdırmasına görə, invoys dəyəri 100 min dollar olan mal “Broker” MMC tərəfindən 15 min dollar kimi sənədləşdirilir və dövlət büdcəsinə 100 min dolların deyil, 15 min doların gömrük rüsumu və ƏDV-si daxil olur. Bu əməliyyat qurtarandan sonra əlavə olaraq sahibkar tərəfindən brokerlərə 20 min dollar rüşvət kimi verilir.

Ermənilərlə işbirliyi və Dövlətə xəyanət

“Broker MMC” –nin rəhbəri Əbülfəz Məlikovun korrupsiyalaşmış fəaliyyəti barədə verilən məlumatların həqiqətə əsaslandığına şübhə yoxdur. Maraqlı faktlardan biri isə odur ki, “Gömrük imperatoru” düşmənlərimizlə gizli işbirliyi quraraq dövlətə xəyanət edir. 

Ə.Məlikovun ermənilərlə qohum olması barədə mediada məlumatlar gedib. Lakin, bu qohumluq münasibətlərinin gizli tərəfləri açıqlanmır. Əbülfəz Məlikov Rusiyada biznesmen kimi tanınan ermənilərlə sıx işbirliyindədir. Hətta onların ölkədən kənarda şərikli biznesləri də var. Məslənin əsl mahiyyəti isə xaricdə yerləşən erməni şirkətlərinin məhsullarının Azərbaycana daşınmasıdır. 

Məhz bu yolla ermənilərə böyük miqdarda qazanc verən Ə.Məlikov ölkə sahibkarlarını da istiqamətləndirir. Əbülfəz Məlikovun ilginc həyatı - “Broker”MMC erməni qızlarını ölkəyə necə gətirir?

"Azərbaycan Reallığı" ölkə medisına istinadən qeyd edir ki,

Sovetlər dönəmində Nəsimi rayonu ərazisində yerləşən “Pioner” kinoteatrının yanında qastronom mağazası fəaliyyət göstərirmiş. Həmin qastronomun müdiri əslən Gəncədən olan İsmayıl adlı şəxs olub. İsmayıl kişinin qastronomunda erməni millətindən olan Raisa Ovanesyan adlı bir qadın satıcı işləyirmiş. Raisa təcrübəli satıcı olduğu üçün o qastronomda İsmayılın sağ əli sayılırdı.



Əbülfəz Məlikov

Raisanın yanında isə köməkçi kimi öz ticarət fəaliyyətinə başlayan və əslən Şamaxıdan olan Əbülfəz adlı cavan bir oğlan var idi. Bu cavan şamaxılı balası Raisa Ovanesyan və onun gənc qızı Rena ilə dostluq edirdi. Bu dostluq sonra qohumluğa və böyük bir işbirliyinə çevrildi. Hətta Rena Ovanesyan dönüb Rena Məlikova oldu.

Düzdür, apardığımız araşdırmaların nəticəsinə görə “qəhrəman”ımız hazırda kağız üstündə subaydır, ancaq… Apardığımız araşdırma nəticəsində o da məlum oldu ki, Raisa Ovanesyan və Rena Məlikova hazırda Bakı şəhərində yaşayırlar. Olsun. Onsuz da Azərbaycanda 30 min erməni əsilli gəlin yaşayır. Rena da olsun otuz min birinci. Hətta Rena Ovanesyanın 2 oğul anası olması da məlumdur. Bunu da haradasa qəbul etmək olar. Baxmayaraq ki, ermənilərlə hazırda müharibə vəziyyətindəyik. Ancaq bir şeyə heç cür dözmək və yazmamaq olmur.

Sayt daha sonra yazır: Bu yaxınlarda bir həmyerlimiz Moskvadan Minvoda təyyarə ilə dincəlməyə uçarkən təyyarədə bir Moskva ermənisi olan Ara Abramyanla tanış olur. Söhbət Azərbaycandan düşəndə Ara deyir ki, , mənim bacım Raisa Ovanesyan, onun qızı Rena da Bakıda yaşayırlar, kürəkənim də azərbaycanlıdır. Ara öz kürəkənindən xeyli razılıq edib və deyib ki, yeznəm Bakıda nazirdir. Xeyli təəccüblənən həmyerlimiz soruşub ki, yeznəniz hansı sahəyə rəhbərlik edir? Ara Abramyan cavab verib ki, “monopoliya naziri”dir.

Sonra Ara danışıb ki, “Moskvada bütün ərzaq məhsulları istehsalı ilə məşğul olan müəssisələr bizim əlimizdə cəmləşib”. Onun sözlərinə görə, “Monopoliya naziri” olan “yeznə” Moskvaya gələn kimi Azərbaycan üçün ərzaq məhsullarını sifariş edir. “Biz də ona bu işlərdə öz köməkliymizi əsirgəmirik, axı o bizim yeznəmizdir”, – deyə Ara Abramyan bildirib.

A.Abramyanın kim olması da oxucularda sual doğura bilər. Belə ki, Ara Arşaviroviç Abramyan da Moskvada “ermənilərin naziri” hesab olunur. Belə ki, erməni diasporunun lideri olan bu şəxsin müxtəlif biznes sahələrinə nəzarət etdiyi və hətta Azərbaycana qədər də əlinin uzandığı barədə iddialar var. Maraqlıdır, Abramyanın “əlini” Azərbaycana buraxan, onun pul kisəsini doldurmağa yardımçı olanlar kimdir?

Dövlətin milyonlarını, daha doğrusu milyardlarını ermənilərə daşıyan Əbülfəz Məlikovun gizli fiqurları siyahısında Allahverdiyivin adına az rast gəlinmir.

Anar Allahverdiyev kimdir?

Əslən Şamaxı rayonundan olan Anar Allahverdiyev “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun xalası oğludur. Onun “Broker” MMC-nin “kassiri” və Əbülfəz Məlikovun ən etibarlı, inamlı adamı olduğu bildirilir. Anar Allahverdiyevin “Broker” MMC-nin hesabına milyonlarla manat dəyərində mal-mülkə sahib olması və əldə etdiyi pullarını istədiyi kimi, əsl Ərəb şahzadələri kimi xərclədiyini demək olar.

Anar Allahverdiyevin tez-tez ABŞ-a səfər etdiyi və Lon Anclesdə Əbülfəz Məlikovun “bəzi işlərini” görüdüyü deyilir. İddiaya görə, o, Amerikada Əbülfəz Məlikova məxsus çirkli pulların yuyulması və başqa ölkələrə gizli investisya qoyulması prosesində iştirak etdiyi deyilir. Məlumatda qeyd olunur ki, Əbülfəz Məlikov “Broker” MMC-nin əli ilə əldə etdiyi milyonlarla manat vəsaitləri xalası oğlu, ən inandığı adamına etibar edib.

Ermənilərlə və ABŞ-da olan erməni lobbisi ilə əlaqələr məhz Anar Allahverdiyev vasitəsilə qurulur. Əbülfəz Məlikovun xalası oğlunın erməni lobbisini maliyyələşdirməkdə adı keçir və onun haqqında ciddi ittihamlar səslənməkdədir. Bu barədə növbəti yazıda…

AZƏRBAYCANREALLIĞI.COM

Şərhlər

XƏBƏR LENTİ