Xankəndində Azərbaycan ordusunu gözləyirlər - FAKT BUDUR!
Proseslərin siyasi və hərbi detallarının içərisində çətinliklə görünən, əslində isə həlledici hesab edilən bir sıra nüanslar var.
Birinci hadisə. Xankəndi meydanında toplaşan əhali məsələsi – maraqlıdır ki, onların həm sayları azdır, həm də əksəriyyəti gəncdir. Bəs proseslərin keçmişini öz taleyində on illər boyunca yaşamış yaşlılar hardadir?Və ya sayları Vikipediada 120 min göstərilən əhali hara “buxarlanıb?”
İkinci hadisə. Onlar tələb edir ki, Azərbaycan gücləri dayansın və rus sülhməramlılarına atəş açmaq səlahiyyəti verilsin.Sırf bu mənzərəni ortaya çıxaran hadisənin hüquqi əsasını 10 noyabr razılaşması yaradıb.Üçüncü hadisə. Axı biz bilən, özlərinin də etirafına görə Qarabağda azadlıq ordusu vardı. Nə üçün digər ölkələrdən – Ermənistan və Rusiyadan imdad diləyirlər? Yoxsa…Hə, bu “yoxsa” məhz odur: “Qisas” əməliyyatı ilə özlərinə olan qalan inam da məhv oldu. Ən əsası bu inamı yaradan və körükləyən rus əsgəri faktoru darmadağın edildi.
Dördüncü hadisə. Rusiya onlar üçün ən həlledici amil idi, cəmi iki il əvvəl müharibədə, 10 noyabr gecəsində xaçlarından öpdükləri Rusiyaya iki ildə 180 dərəcə dəyişərək nifrət etdiklərini də görmüş olduq.
Beşinci hadisə. Araik Haritinyan bu illər ərzində Xankəndində rus pasportlarının paylanması üçün sözün bütün mənalarında savaş apardı, buna görə hətta öz sahibini – Paşinyani Moskvadakı anti – Azərbaycan qüvvələrə dəyişdi. Dünən Xankəndi meydanında rusların təhqir edilməsi məhz Rusiya vətəndaşı olmaq istəklərinin əbədi məhv edilməsinin təsdiqi idi.
Altıncı hadisə. Xankəndi həmişə hərbi şəhər olub. Orda həmişə hərbi bazalar, qərargahlar, ordugahlar olub. İndi də elə olacaq, çünki bölgədəki erməni terrorçuları xaric, mülki əhali yeni bir ordunu gözləməkdədir. Azərbaycan ordusu – bu ərazidə yeganə leqal və qanuni ordu, sahibi öz ştabina qayıtmaqdadir.
Əziz Əlibəyli
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək