Xırdalanda partlayış olan binanın sakinləri ilə görüş keçirildi
- 4-08-2022, 16:56
- 668
Bildirilib ki, güclü partlayış nəticəsində 70 mənzildən ibarət beşmərtəbəli yaşayış binasında 20-dan çox mənzilin pəncərələri, qapıları və bir çox məişət əşyaları yararsız vəziyyətə düşüb.
Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin aidiyyatı strukturları tərəfindən araşdırmalar həyata keçirilir. Araşdırmalardan sonra partlayışın konkret hansı səbəbdən baş verməsi, neçə mənzilə, ərazidəki avtomobillərə və ümumilikdə nə qədər miqdarda ziyanın dəydiyi müəyyən olunacaqdır. FHN-nin verəcəyi rəydən sonra müvafiq addımlar atılacaqdır.
Sakinlərə bildirilib ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən partlayış nəticəsində zərərçəkənlərin hamısının müvəqqəti kirayə evlə təmin olunması sahəsində işlər görülür.
Qeyd edək ki, hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.