SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » İcra Hakimiyyəti şəhidin evinin təmirinə 2 ildir pul tapmır - AXI NİYƏ?!

İcra Hakimiyyəti şəhidin evinin təmirinə 2 ildir pul tapmır - AXI NİYƏ?!

Tarix:

20-07-2022, 14:52

/ 801 dəfə oxundu.
İcra Hakimiyyəti şəhidin evinin təmirinə 2 ildir pul tapmır - AXI NİYƏ?!

 
Biləsuvarın Aşağı Cürəli kəndində şəhid Rəşad Mahmudova məxsus evin iki ildir təmir olunmadığı haqqında sosial şəbəkədə məlumat paylaşılıb.

Vətən müharibəsindən sonra evin təmirini kənd sakinləri və sosial şəbəkə istifadəçiləri pul toplayaraq etmək istədiklərini bildiriblər.

Lakin iddia olunur ki, Biləsuvar Rayon İcra Hakimiyyəti və Milli Məclisdə Biləsuvarı təmsil edən deputat şəhidin evinin təmirini öz üzərlərinə götürüblər. Amma həmin vaxtdan iki ildən artıq müddət keçsə də, şəhidin evi təmir olunmayıb.

Xalqxeber.az xəbər verir ki, cebhe.info məsələni araşdırmaq üçün Biləsuvar Rayon İcra Hakimiyyətinə sorğu göndərib. Dəfələrlə əlaqə saxlasaq da, qurumdan sorğuya cavab göndərilməyib.


Aşağı Cürəli kənd üzrə icra nümayəndəsinin səlahiyyətlərini icra edən Elvin Şirinov Cebhe.info-ya açıqlamasında bildirib ki, ev tam təmir olunmayıb:

“Evin təmirinə kömək olunmasında hamımız maraqlıydıq. Bütün şəhid ailələri kimi onlara da dövlət tərəfindən müəyyən məbləğdə pul verilib. Amma ev tam təmir olunmayıb. Biz də istəyərdik ki, o işlər hamısı yoluna qoyulsun, evlərinə köçsünlər. Hazırda evin qapısı, pəncərələri qoyulub, su çəkilib, ondan sonra evdə çox iş görülüb. Həyətdə tövlə, sanitar qovşaq tikilib, evə suvaq vurulub. Orada işlərin bitməsi üçün az miqdarda məbləğ lazımdır”.

Elvin Şirinov görülən işlərin 90 faizinin dövlət tərəfindən verilən yardımla olduğunu deyib:

“İşlər "YAŞAT" Fondu, dövlət, İcra Hakimiyyəti tərəfindən olunan yardımla edilib”.

Qeyd edək ki, müsahib dövlət tərəfindən verilən yardım kimi həlak olmuş hərbi qulluqçuların ailələrinə 11 000 manat sığorta ödənişini, şəhidin valideynlərinə (nümayəndələrinə) yas mərasiminin təşkili üçün ödənilən 3000 manat məbləği, müəyyən fond və təşkilatlar tərəfindən edilmiş yardımları nəzərdə tutur.

Şərhlər

XƏBƏR LENTİ