Yaşıllıqları məhv edən maşının hansı quruma məxsus olduğu BİLİNDİ - YENİLƏNDİ - FOTO
Şəmkir Rayon İcra Hakimiyyəti Bakı şəhərində avtomobilin yaşıllıqlar üzərində park edilməsi ilə bağlı xəbərə aydınlıq gətirib.
Qurumdan oxu.az-a bildirilib ki, maşın icra hakimiyyətinə məxsus deyil:
“Avtomobil nə icra başçısına, nə də quruma məxsus deyil”.
Oxu.az-a daxil olan məlumata görə, avtomobil Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Şəmkir suvarma sistemləri idarəsinə məxsusdur.
Bakı şəhərində avtomobil yaşıllıqların üzərində park edilib.
Xalqxeber.az oxu.az-a istinadla xəbər verir ki, foto Nəsimi rayonu, Cavadxan küçəsi 14 ünvanında çəkilib.
Belə ki, avtomobil sahibi maşını belə saxlamaqla həm yaşıllığı məhv edir, həm də sakinlərin küçədən keçməsinə maneə yaradır.
Avtomobilin Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevə aid olduğu vurğulanır.
Qeyd edək ki, sözügedən ərazidə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən ötən ilin iyul ayında abadlaşdırma işləri aparılıb və sakinlərin ixtiyarına verilib.
XalqXeber.Az



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...