SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Broker Əbülfəz Məlikovda Səfər Mehdiyevlə Bərabər Həbs Oluna Bilər- Gömrük Manapoliyası-VİDEO

Broker Əbülfəz Məlikovda Səfər Mehdiyevlə Bərabər Həbs Oluna Bilər- Gömrük Manapoliyası-VİDEO

Tarix:

18-07-2022, 15:57

/ 876 dəfə oxundu.
Broker Əbülfəz Məlikovda Səfər Mehdiyevlə Bərabər Həbs Oluna Bilər- Gömrük Manapoliyası-VİDEO


Media üzərindən bu günlərdə yayılan məlumatlara istinadən xatırladaq ki, vaxtilə gömrükdə qeyri-leqal gəlirlərin baş fiqurlarından olmuş, “broker Əbülfəz” adı ilə tanınan “Trans Broker” MMC rəhbəri Əbülfəz Məlikov yenidən “zühur” edib.

Əvvəllər Əbülfəz Məlikovla “çiyin-çiyinə” çalışan qohumu Anar hazırda beynəlxalq əlaqələr üzrə menecer statusunda Azərbaycanda qazanılan milyonlarla vəsaiti ABŞ, Kanada və bir sıra Avropa ölkələrində daşınmaz əmlaka yatırması haqda ölkə mətbuatında iddialar yer almaqdadır.
Adı zaman-zaman mediada şübhəli və kriminal əməllərdə hallanan Ə.Məlikov öz bioqrafiyasını nə qədər gizli saxlasa da, göründüyü kimi, mediaya məlumatlar sızmaqdadır.
Həmçinin, iş adamları da onun gömrükdəki əməllərini zaman-zaman ifşa ediblər. Bir müddət əvvəl “Grant Aqro Servis” MMC-nin rəhbəri Fərhad Babayev gerçəkləri çılpaqlığı ilə açıqlamışdı. O, Səfər Mehdiyevə məktubunda reallıqları göstərmişdi. Belə ki, sahibkarın idxal etdiyi məhsul məcburən dövlətə məxsus olmayan, AVELA MMC-yə (Bakı ş, Babək pr 92, mənz 23) məxsus gömrük terminalına yönləndirilib.
Sitat: “Məsələylə əlaqədar kiminlə əlaqə saxladıqsa, aşağıda şikayətçi olduğumuz şirkətin Səfər Mehdiyevə və Əbülfəz Məlikova məxsus olduğu, bu səbəbdən cəzasızlıqlarına əmin olduqları bildirildi.
Əslində, sahibkarlara saxlama terminalını sərbəst seçmək imkanının verilməməsi, digər sahibkarların da bu tip terminallar yaradıb gömrük orqanları ilə əməkdaşlıq etmək imkanının olmaması, Avela MMC-nin və 1-2 digər şirkətin bu sahədə monopolist və bununla da özbaşına olması, gömrük məmurları ilə sıx əlaqəsi olmayan şəxslərin bu sahəyə müdaxiləsinin mümkün olmaması, şirkətin əməkdaşlarının “kimə istəyirsiz şikayət edin” deməsi və sadalaya biləcəyimiz yüzlərlə digər cavabsız suallar yaranmış şübhələri qidalandıran amillərdəndir”.
Bu, bir sübutdur ki, gömrük kimlərin əlindədir və nələr baş verir. Ancaq faktlar yuxarıdakı məlumatlarla məhdudlaşmır, yeni nüansları növbəti araşdırma məqaləmizdə təqdim edəcəyik.

Xəbəral.az xəbər verir ki, bir neçə gün öncə Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevi vəzifəsindən azad edib. bununla bağlı dövlət başçısı sərəncam imzalayıb.
Qeyd edək ki, son günlər DTX tərəfindən Dövlət Gömrük Komitəsində ardıcıl əməliyyatlar keçirilib. Bu əməliyyatlarda 2-si general olmaqla bir qrup vəzifəli şəxs həbs olunub. Onlara qarşı vəzifə cinayətləri ittihamı irəli sürülüb. 
Xatırladaq ki, Səfər Məmməd oğlu Mehdiyev 23 aprel 2018-ci ildən Dövlət Gömrük Komitəsinin sədri idi.
Deyilənlərlə bağlı adıçəkilən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Şərhlər

XƏBƏR LENTİ