SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “New Life” Reabilitasiya Mərkəzi İŞİ... - Ortada suallar var...

“New Life” Reabilitasiya Mərkəzi İŞİ... - Ortada suallar var...

Tarix:

7-07-2022, 09:40

/ 706 dəfə oxundu.
“New Life” Reabilitasiya Mərkəzi İŞİ... - Ortada suallar var...

Novxanıdakı bağlar massivində yerləşən, narkomaniya və alkoqolizmdən xilas olmaq istəyənlər üçün “New Life” Reabilitasiya Mərkəzinin rəhbəri Orucəli Əliheydərov və bu qurumun daha dörd əməkdaşı – Elvüsal Hüseynov, Famil Rzayev, Qənbər Həsənov və Sərxan Əliyev həbs olunub. Onlar reabilitasiya üçün mərkəzdə saxlanılan şəxslərə işgəncə verməkdə ittiham olunurlar. Onların işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Adları çəkilən şəxslər Cinayət Məcəlləsinin 133 (əzab vermə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə) maddələrilə ittiham olunurlar. Orucəli Əliheydərov, Elvüsal Hüseynov və Famil Rzayevə bu ittihamlarla yanaşı, qanunsuz sahibkarlığa görə məsuliyyət nəzərdə tutulan CM-in 192-ci maddəsilə də ittiham irəli sürülüb. Çünki “New Life” Reabilitasiya Mərkəzi qeydiyyatdan keçib lisenziya almadan fəaliyyət göstərib.

Bu cinayət işi üzrə üç nəfər – Fuad Həsənov, Kamran Əliyev və Cahangir Əliyev zərərçəkmiş, daha bir nəfər isə zərərçəkmişin hüquqi varisi qismində tanınıb. Adları çəkilən şəxslərin orada işgəncəyə məruz qaldığı iddia olunur.

Hüseyn Məmmədov ötən il sentyabrın 5-də xəstəxanada ölüb. Onu məhkəmədə hüququ varisi təmsil edir. Cinayət işinin materiallarında bildirilir ki, Hüseyn Məmmədov mərkəzə könüllü şəkildə gəlsə də, sentyabrın 4-də günorta saat 15 radələrində qaçmaq istəyib. Onu Mərkəzin əməkdaşları tutub, əl-qolunu bağlayıb, döyüblər. Sentyabrın 5-də Hüseyn Məmmədovun vəziyyəti kəskin pisləşib, onu xəstəxanaya çatdırıblar, lakin həyatını xilas etmək mümkün olmayıb.

Cinayət işinin materiallarında Hüseyn Məmmədovun vəziyyətinin işgəncə nəticəsində pisləşdiyi iddia olunsa da, eyni zamanda, işin içində onun artıq dozada narkotik istifadəsindən ölməsi haqda rəy var. Lakin narkotiki hansı şəraitdə qəbul etməsi barədə heç nə məlum deyil.

Təqsirləndirilən 5 nəfərin heç biri ittihamları qəbul etmir. Onlar özlərini qətiyyən təqsirli bilmədiklərini deyiblər. Hətta Famil Rzayev ittihamda yazılanları “nağıl”, “uydurma” adlandırıb.

Məhkəmədə təqsirləndirilənlərin vəkillərindən Anar Məmişov, Samir İsayev və digərləri cinayət işinin təkrar araşdırılması üçün istintaqa qaytarılması, müvəkkillərinin hökm çıxarılana qədər ev dustaqlığına buraxılması, bəzi sənədlərin yolverilməz hesab edilərək sübutlar siyahısından çıxarılması barədə vəsatətlər qaldırıblar. Amma vəsatətlərin heç biri təmin edilməyib.

“New Life” Reabilitasiya Mərkəzində bütün dünyada məşhur olan “12 addım” proqramından istifadə olunmaqla reabilitasiya prosesi haqda telekanallarda da uzun müddət reklamlar verilib.


Dia.az

Şərhlər

XƏBƏR LENTİ