XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Zakir Paşayev bu milyonları hardan alıb?.. - İcazə verin, şübhələnək...

Zakir Paşayev bu milyonları hardan alıb?.. - İcazə verin, şübhələnək...

Zakir Paşayev bu milyonları hardan alıb?.. - İcazə verin, şübhələnək...
6-07-2022, 14:00


Əli Əsədovun sabiq köməkçisi Zakir Paşayev Bilgəh qəsəbəsində 0.12 sot ərazidə tikinti sahəsi 720 kvadrat metr olan 2 mərtəbəli ictimai iaşə obyekti inşa etdirir…
Azərbaycanda vəzifəli şəxslərin böyük bizneslərə, obyektlərə sahib olmaları artıq çoxdan adi hal alıb. Bu hal, o qədər adiləşib ki, hətta xalq arasında villaları, milyonluq biznes obyektləri olmayan məmurlara “anormal məmur” kimi baxırlar.
Dövlətdən maliyyələşən təşkilatlara rəhbərlik edən əksəriyyət məmurların sahib olduqları var-dövlətlə aldıqları məvaciblər arasında fərq isə böyük ziddiyyət təşkil edir. Və çox qəribədir ki, Azərbaycanda bir çox məmurların ailə üzvüləri “iş adamı” olurlar…
Bir çox məmurlar isə qanunun tələblərini pozaraq açıq-aşkar öz adları ilə biznes və sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar.
AzFakt.com xəbər verir ki, belə məmurlardan biri də Nazirlər Kabinetinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Zakir İlqar oğlu Paşayevdir.
AzFakt.com Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikintiyə icazə verilməsi ilə bağlı informativ və statistik xaralterli məlumat bazasına istinadən xəbər verir ki, Zakir Paşayev Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0.12 sot ərazidə tikinti sahəsi 718.48 kvadrat metr olan 2 mərtəbəli ictimai iaşə obyekti inşa etdirir.
Zakir Paşayevin adına sənədləşdirilən obyektin hazırkı bazar qiymətinin isə 1 milyon manatdan çox olduğu deyilir.
Açıklama yok.Bildirək ki, Zakir Paşayev 2019-2020-ci illərdə Baş Nazir Əli Əsədovun köməkçisi vəzifəsində işləyib. 2020-ci ildən isə Nazirlər Kabinetinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində çalışır.
Qeyd edək ki, məsələ ilə bağlı Zakir Paşayevin mövqeyini örgənmək üçün göndərdiyimiz sorğudan bir neçə saat sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikintiyə icazə verilməsi ilə bağlı informativ və statistik xaralterli məlumat bazasında şöbə müdiri ilə bağlı məlumat silinib.
Bu barədə isə növbəti yazımızda daha ətraflı məlumat verəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //AzFakt.com//

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.