SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » ANAR QƏDİMƏLİYEV BAŞ REDAKTORU HƏBS ETDİRDİ – Təhsil İdarəsinin müdiri Osman Nərimanoğluna necə “torba tikib?”…

ANAR QƏDİMƏLİYEV BAŞ REDAKTORU HƏBS ETDİRDİ – Təhsil İdarəsinin müdiri Osman Nərimanoğluna necə “torba tikib?”…

Tarix:

6-07-2022, 11:45

/ 512 dəfə oxundu.
ANAR QƏDİMƏLİYEV BAŞ REDAKTORU HƏBS ETDİRDİ – Təhsil İdarəsinin müdiri Osman Nərimanoğluna necə “torba tikib?”…

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev baş redaktoru həbs etdirib.

Hurriyyet.az-a bu barədə bölgə müxbirimiz Azər Allahverdiyev məlumat verib.

Onun sözlərinə görə, dünən A.Qədiməliyev Demokratik.az saytının baş redaktoru Osman Nərimanoğlunu görüşə dəvət edib. Bu görüş zamanı Təhsil İdarəsinin müdiri baş redaktordan barəsində gedən tənqidi yazıları dayandırmağı xahiş edib. Daha sonra isə Demokratik.az saytına dəstək adı altında O.Nərimanoğluna 1500 AZN pul təklif edib.

Məlumata əsasən, baş redaktor həmin pulu öncə götürmək istəməsə də, sonradan A.Qədiməliyev “mən bunu sənin saytına dəstək məqsdilə və bir dost kimi verirəm”, – deyərək həmin vasiti onun cibinə basıb. Maraqlıdır ki, az müddət sonra polis əməkdaşları baş redaktoru qandallayaraq, əvvəlcədən seriya nömrələri yazılan həmin pulları O.Nərimanoğlunun cibindən çıxararaq, akt tərtbib ediblər. Bu zaman baş redaktora məlum olub ki, saatlardır ona dostluqdan danışan Anar Qədiməliyev, əslində, onu görüşə dəvət etməklə “torbasını tikmək” niyyətində olub.Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Hurriyyet.az



Şərhlər

XƏBƏR LENTİ