Nərimanov rayonunda “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə bayram tədbirləri keçirilib
- 1-06-2017, 18:50
- 107 551
Tədbirlərdə çıxış edənlər uşaqları təbrik edərək vurğulamışlar ki, tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub.
291 saylı Ekologiya liseyində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Qayğı üçün yarat” sağlamlığı məhdud uşaqların əl işlərinin satış-sərgisi keçirilib.
291 saylı Ekologiya liseyində və 57 saylı məktəbin akt zalında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirlər məktəblərin şagirdləri tərəfindən hazırlanmış konsert proqramı ilə yekunlaşmışdır.