Nərimanov rayonunda “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə bayram tədbirləri keçirilib
01 iyun 2017-ci il tarixdə 291 saylı Ekologiya Liseyində və 57 saylı orta məktəbdə “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbirlərdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavinin İradə Mahmudova, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, rayon ərazisində yerləşən məktəblərin direktorları, məktəblərin müəllim heyəti və şagirdləri iştirak etmişlər.
Tədbirlərdə çıxış edənlər uşaqları təbrik edərək vurğulamışlar ki, tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub.
291 saylı Ekologiya liseyində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Qayğı üçün yarat” sağlamlığı məhdud uşaqların əl işlərinin satış-sərgisi keçirilib.
291 saylı Ekologiya liseyində və 57 saylı məktəbin akt zalında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirlər məktəblərin şagirdləri tərəfindən hazırlanmış konsert proqramı ilə yekunlaşmışdır.




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...