İcra Hakimiyyətindən Kəmaləddin Heydərova sərt tənqid: - "Yalvarmaqdan yorulmuşuq, heç nəyə baxmır”
İyunun 24-ü gecə saatlarından etibarən, hava şəraiti kəskin dəyişib. Axşam saatlarında yağan intensiv dolu və leysan yağış nəticəsində çaylarda sululuq artıb.
Rayondakı son durumu öyrənmək üçün Daşkəsən Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Xalqxeber.az -ın məlumatına görə, İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sahib Əhmədov Cebhe.info-ya açıqlamasında bildirdi ki, rayonda vəziyyət pisdir, amma müraciətlərə baxılmır:
"Hava şəraiti hazırda qeyri-stabil keçir. Çanaxçı, Qaraqullar, Almalı, Suqovuşan Alaxançallı, Çovdar, Qabaqtəpə kəndləri pis günə qalıb. Sel maşınları, mal-qaranı aparıb, körpüləri dağıdıb. Başçımız o qədər məktublar yazıb, o qədər müraciət edib, baxan yoxdur. Deyirlər ki, rayonda külək belə əsməyib. Külək əsməyibsə, bu yağış haradan yağdı, körpüləri kim dağıtdı?
Fövqəladə Hallar Nazirliyi heç nəyə baxmır, heç nəyə də reaksiya vermir. Biz müraciət etməkdən, aidiyyəti üzrə xahiş eləməkdən, yalvarmaqdan yorulmuşuq. Amma reaksiya verilmir".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...