Bakı Dövlət Universitetinin müəllimi hər tələbədən üç-beş min manat tələb edir - SƏS YAZISI
Bakı Dövlət Universitetinin müəlliminin tələbələrdən pul almaq üçün onları imtahandan kütləvi şəkildə kəsdiyi iddia edilib.
Xalqxeber.az-ın məlumatına görə, Oxu.Az-ın redaksiyasına müraciət edən BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələri bildiriblər ki, kafedra müəllimi Sədaqət Əhmədova onlardan pul almaq üçün imtahandan kütləvi şəkildə kəsib.
Tələbələr redaksiyamıza müəllimin səs yazısını göndərib və iddia ediblər ki, imtahandan kəsilən zaman üç-beş min manat arası pul ödəsələr, məsələ həllini tapar.
BDU-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən məsələ ciddi araşdırılır:
“Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək. BDU-da son üç ildə daxili mühitin saflaşdırılması, tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin olunması və neqativ hallarla mübarizə aparılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
BDU bu məsələdə tələbələri, müəllimləri və bütünlükdə ictimaiyyəti universitetə dəstək olmağa çağırır”.
SƏS YAZISI BURADA:
http://baku.tv/embed/55937

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək