SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Naxçıvan polisləri kütləvi istefaya hazırlaşır... Rəşad İsmayılovun “atalıq qayğısı” işə yarıyacaqmı?

Naxçıvan polisləri kütləvi istefaya hazırlaşır... Rəşad İsmayılovun “atalıq qayğısı” işə yarıyacaqmı?

Tarix:

13-06-2022, 21:52

/ 485 dəfə oxundu.
Naxçıvan polisləri kütləvi istefaya hazırlaşır... Rəşad İsmayılovun “atalıq qayğısı” işə yarıyacaqmı?

 
Naxçıvan polisləri kütləvi istefaya hazırlaşır.

Ovqat.com-a bu barədə məlumat Naxçıvan MR DİN-dəki etibarlı mənbədən ötürülüb.

Məlumata görə, hazırda 20-dən çox polis əməkdaşı istefa ərizəsi əllərində rəislərinin iltifatını gözləyir. Bildirilir ki, polis idarə və bölmələrinin rəisləri işdən ayrılmaq istəyən əməkdaşların ərizəsini qəbul etmir, çox israr edənləri isə ləkəyəyib polis sistemindən tamamilə kənara atacaqları ilə qorxudurlar. Asayiş keçikçiləri də bu sistemdə işləmək şanslarını itirməmək üçün məcburən abırlarına qısılıb dözürlər.

Mənbəmizin iddiasına görə, artıq bəzi əməkdaşlar rəhbərliyin məcburi xidmət tələbindən imtina edib işə çıxmırlar. Həmin “asi”lərdən biri Babək rayon Polis Şöbəsinin Qərargah rəisi Mətin adlı şəxsdir. Mətin müəllim artıq istefa ərizəsini yazıb öz rəisinə təqdim edib. Amma şöbə rəisi bu ərizəni qəbul etmək istəmir.

Digər bezdirilmiş polis əməkdaşı Şərurda sahə müvəkkili işləyən Çərkəz adlı şəxsdir. Çərkəz bəy dəfələrlə işdən çıxmaq barədə ərizə yazsa da, müraciətinə əhəmiyyət verən olmayıb. Polis əmədaşı isə son çarəni işə getməməkdə görüb. Rəisə xəbər göndərib ki, istəyirsinizsə məni “ləkələyərək” işdən çıxarın, amma bir daha polis bölməsinin qapısını açmayacağam.

1 nömrəli polis bölməsinin İbrahim adlı sahə müvəkkili də bezdirilmişlərdəndir. Onun da ərizəsi əlində qalıb.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər nazirinin müavini Zahid Gözəlov isə bütün etirazçı polisləri yanına çağırıb bir də belə xam xəyala düşərlərlərsə, onların şəxsi işi “ləkələnərək” karyeralarının üzərindən xətt çəkiləcəyi ilə hədələyib. “Bu da bizim haqqında ağız dolusu danışıb göylərə qaldırdığımız Zahid müəllim. Heyf, zənnimizə”, - deyə mənbəmiz xeyli heyfsilənib.

“Vallah, yaman günə qalmışıq. Bir tərəfdən bizi bezdirib işdən uzaqlaşmağımıza zəmin hazırlayırlar. Digər tərəfdən isə işdən çıxmağa da qoymurlar”, - söhbətləşdiyimiz polis əməkdaşlarından bir başqası belə deyib.

Yeri gəlmişkən, Naxçıvan şəhər PPX-nın sürücüsü Fərzəndə Məmmədov da öz işindən küsdürülmüş polislərdəndir. İnciməsinin səbəbinə gəlincə, bildirilir ki, ötən şənbə günü nazir Rəşad İsmayılov onun yanından keçərkən Fərzəndə bəy maşından atılıb zati-alilərinə hərbi salamı verərkən bir az ləngiyib. Bu da nazirin qəzəbinə səbəb olub. Polis əməkdaşının sürücülük vəsiqəsini əlindən alıb növbətçiyə verən Rəşad İsmayılov bununla da kifayətlənməyib, Fərzəndənin şəxsi işinə töhmət yazıb. 15 il qüsursuz iş karyerası adi bir ləngimə səbəbindən ləkənən Fərzəndə müəllim haqsızlığa etiraz edərək bu gün işə çıxmayıb. Naxçıvan şəhər polis idarəsinin kadrlar şöbəsinin rəisi Ruslan Hüseynov onu yanına çağırıb bildirib ki, bəs cənab nazir, Fərzəndə bəyin bu “dəymə-düşərliyinə” daha bərk qəzəblənib polis əməkdaşına növbəti dəfə şiddətli töhmət verib. Fərzəndə Məmmədov isə onu işdən çıxarmalarını xahiş etsə də, bu istəyi geri çevrilib.

Naxçıvan polis orqanlarından aldığımız bir başqa məlumata görə, asayiş keşikçilərinin rüblük müavinəti məsələsi öz həllini tapıb. MR Maliyyə Nazirliyinin hansısa səbəbdən kəsməyə çalışdığı müavinətlərin polislərin sərt etirazından sonra veriləcəyi vurğulanır. Asayiş keşikçiləri bu məsələdə mətbuatın onlara verdiyi dəstəyin önəmli rol oynadığına inanır və hər kəsə öz minnətdarlıqlarını bildirirlər.

Naxçıvan MR DİN-dən aldığımız bəlkə də ən maraqlı məlumat tursik-mayka və corabla əladardır. Bildirildiyinə görə, bu gün Naxçıvan şəhər Polis İdarəsinin əməkdaşlarına alt paltarı və corab paylanılıb. Sıra düzülüşündə təqdim olunan bu mükafatdan sonra nitq söyləyən idarə rəisinin müavini, polis mayoru Elvin Səfərli bildirib ki, polis əməkdaşlarına hədiyyə edilən bu “tursik-mayka” cənab nazir həzrətləri Rəşad İsmayılovun öz işçilərinə göstərdiyi “atalıq qayğısı”dır. Amma Elvin Səfərlinin bu möhtəşəm çıxışı nədənsə gözlədiyi gurultulu alqışlarla qarşılanmayıb.

Şərhlər

XƏBƏR LENTİ