“Sədr torpaqları qohum-əqrəbasına paylayır” - Biləsuvarda ÖZBAŞINALIQ
Biləsuvar rayon Çaylı kənd sakini Zamin Nadirov kənd bələdiyyə sədri Əfqan Aslanovdan şikayətçidir.
Xalqxeber.az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən vətəndaş bildirib ki, sədrin qanunsuz əməlləri barədə müvafiq qurumlara şikayət edib: “Əfqan Aslanov örüş təyinatlı torpaqları kənd camaatına həyətyanı torpaq kimi satıb. Hətta bələdiyyənin torpağı olan həyətyanı torpaqlarda bir vətəndaşa 3 sahə satıb. Kəndin torpaqlarını qohum- əqrəbasına paylayır.
Örüş təyinatlı torpaqların içərisindən kanal çəkərək qonşu kəndə satıblar. Bu da bizim xırda buynuzlu mal-qaranın ora düşüb tələf olmasına səbəb olur. Dəfələrlə müraciət etsək də, bizi əsla dinləmir. Çünki Əfqan Aslanov qonşu kəndin sakinlərindən rüşvət alaraq ora su buraxır. Halbuki həmin kəndlərin öz kanalları var. Mən birinci dəfə şikayət yazanda dövlət qurumlarından gəlib yoxladılar, dedilər məsələ öz həllini tapacaq. Amma bu günə qədər heç biri həllini tapmayıb”.
Məsələ ilə bağlı kənd bələdiyyəsinin sədri Əfqan Sadıqovla əlaqə saxladıq. Sədr “Qafqazinfo”ya açıqlamasında bildirdi ki, vətəndaş torpaq istəyib, amma ona rəsmi müraciət etməyib: “Örüş ayrıca olan torpaq sahəsidir. Bizim örüşümüz 138 hektardır. Kənd Təsərrüfatı Nazirliyinə və digər qurumlara müraciət edib rəylərini almışıq.
Bizə müraciət edilib, mən də demişəm ki, torpağı hərraca çıxardacağam. Çıxardanda sən də gəl iştirak et, qanuni səviyyədə al torpağını.
Bələdiyyə torpaqlarını qohum-əqrabaya satmağa gəldikdə isə, onlar köhnə bələdiyyənin dövründə, 2004-cü ildə olan məsələlərdir. Mənim vaxtımda baş verməyib”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...