Nazirliyin Sabiq Aparat Rəhbəri 43 Milyonluq Həbs Qoyulan ƏMLAKLARINI Qurtarmaq Istəyir
Ləğv edilmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov əmlaklarına qoyulan həbsin götürülməsi üçün məhkəməyə müraciət edib.
Xeberal.az-ın əldə etdiyi məlumat görə, sabiq aparat rəhbəri bunun üçün ilk olaraq, Binəqədi Rayon Məhkəməsinə üz tutub. Lakin birinci instansiya məhkəməsi onun bu tələbini yerinə yetirməyib. V.Zeynalov daha sonra məsələ ilə bağlı Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Onun müraciətinə hakim Qürbət Əsgərovun sədrliyi ilə baxılacaq.
İddiada Vidadi Zeynalovdan başqa onun iki oğlu və bir qızı, həmçinin digər iki qohumu da iştirak edir.
Prosesdə qarşı tərəf isə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsidir.
Qeyd edək ki, V.Zeynalov 2015-ci ildə həbs olunub. 2019-cu ildə isə azadlığa buraxılıb. Vidadi Zeynalov həbsdə olarkən, istintaq dövründə onun dəyəri 43 milyon manat olan ümumilikdə 67 daşınmaz əmlakına məhkəmə tərəfindən həbs qoyulub. Sonrada isə 2009-u ilədək onun əldə etdiyi əmlakların üzərindən həbs götürülüb.
Xeberal.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...