“Sədərək Yusif” Ramiz Mehdiyevlə yollarını ayırdı: Həm canını qurtardı, həm də malını... - YENİ ŞƏRİKİ VAR...
Uzun illər Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə biznes şəriki olan “Sədərək Yusif” kimi tanınan Yusif Qədiməliyev onunla yollarını ayırıb.
Xalqxeber.az xəbər verir ki, bu baradə Gununsesi.info-ya məlumat verən mənbənin sözlərinə görə, Ramiz Mehdiyevin “vurulmasından” sonra sahibi olduğu
Sədərək Ticarət Mərkəzini itirmək təhlükəsi qarşısında qalan Yusif Qədiməliyev bu addımı atmağa məcbur olub.
Hər ay Ramiz Mehdiyevə milyonlarla vəsait verən “Sədərək Yusif” əksər biznes layihələrində onu özünə şərik seçmişdi.
Bunun da müqabilində toxunulmazlıq statusu alan Yusif Qədiməliyev uzun illər on milyonlarla vergidən yayına bilmişdi.
Mənbəmizin məlumatına görə, Ramiz Mehdiyevin yola salınmasından sonra “Sədərək Yusif”in başının üstünü vergi orqanı alıb.
Qaynağımızın sözlərinə görə, Yusif Qədiməliyev həyatını əyləncə məclislərində keçirən oğlunu da həmin dövrdə Türkiyəyə köçürüb.
Artıq həbs təhlükəsi ilə üzləşən iş adamı Ramiz Mehdiyevdən imtina ilə yanaşı Sədərək Ticarət Mərkəzinin şəriki kimi yeni isim seçib.
Hakimiyyətdə söz sahibi olan həmin şəriki Yusif Qədiməliyevin həbsxanaya gedən yolunu bağlayıb. XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...