“AZAL ziyanla işləsə də, “Canik”in Qara dəniz sahillərində otelləri, Türkiyədə mülkləri...” – REAKSİYA
“Cahangirin çöldə qalması və dövlətə bu qədər zərbə vurması yolverilməz haldır”.
Bu fikirləri “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) 2020-ci ili 76,4 milyon manat zərərlə başa vurmasına münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bu durum üçün məsuliyyət daşıyan AZAL-ın rəhbəri Cahangir Əsgərovun fəaliyyəti yoxlanılmalı, ciddi tədbirlər görülməlidir:
“AZAL-ın prezidenti “Canik” təcili həbs olunmalı və dövlətə vurduğu ziyanın qarşılığında onun Gürcüstanın Qara dəniz sahillərində, Poti limanında tikdirdiyi otellər müsadirə olunmalıdır.
Azərbaycan xalqından oğurladığı pullar hesabına xanımının adına “Qazel” şirkəti yaradıb, AZAL-ın təyyarələrində satılan həmin şirkətin “duxi”lərini də onun başına tökmək lazımdır ki, yaxşı iylənsin.
Fikrimcə, onların özbaşınalığına son qoymaq üçün qəti tədbir görülməlidir. Bu qədər bahalı bilet satan şirkət niyə belə ziyanla işləməlidir? Düşünürəm ki, bu, özbaşınalığın, saymazlığın son həddidir.
Ona görə də bu gün Cahangirin çöldə qalması və dövlətə bu qədər zərbə vurması yolverilməz haldır. Necə ola bilər ki, keçmiş Baş prokuror Zakir Qaralov iki milyardı oğurlayıb, Cahangir də dövlətə bu qədər ziyan vurub getsin…
Cənab prezident də dəfələrlə deyib ki, AZAL-a iri həcmdə dotasiya verilir. Sual yaranır, bəs o pullar hara gedib? Deyim ki, o pullar xarici ölkələrdədir, o cümlədən Gürcüstanda otel biznesinə yatırılıb. Bu otellər, onun Türkiyədəki, başqa ölkələrdəki mülkləri əlindən alınmalıdır.
Daha sonra isə araşdırma aparılmalıdır ki, Cahangirin rəsmi maaşı müxtəlif ölkələrə investisiya qoymaq, o otelləri tikdirmək, xaricdə mülklər almaq üçün yetərlidirmi? Dediyim kimi, “Canik” təcili həbs edilməli, bütün əmlakı müsadirə olunmalıdır”.
A.Zeynalov
www.yenicag.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...