20 günə 13 tender müqaviləsi imzalayan holdinq... - Külli miqdarda vergi borcu var
Azərbaycanda fəaliyyət göstərən “MSDIS Holding”in dövlət qarşısında külli miqdarda vergi borcu olduğu müəyyənləşib.
Xalqxeber.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hazırda şirkətin vergi borcu 375 240.74 manat təşkil edir.
Maraqlıdır ki, şirkət 2022-ci ilin geridə qalan 5 ayı ərzində 16 tender müqaviləsi imzalayıb. Bu müqavilələrin ümümi dəyəri 1 809 277, 46 manat olub.
Vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə mümkün olmasa da, şirkət təkcə cari ilin may ayında 13 tender müqaviləsi imzalayıb. Bu müqavilələrdən 5-i Xocavənd Rayonu Kommunal Müəssisələri Kombinatı ilə imzalanıb. Bunlardan 3-ü üç gün aralığı ilə (17-20 may) baş tutub. Xocavənd Rayonu Kommunal Müəssisələri Kombinatı “MSDIS Holding” arasında imzalanan sonuncu müqavilə mayın 20-nə təsadüf edir.
Qeyd edək ki, iki ildir fəaliyyət göstərən “MSDIS Holding”in baş direktoru Nağıyev Mirfəyyaz Oktay oğludur. Holdinq inşaat, istehsalat və yanacaqdoldurma sektorları üzrə ixtisaslaşıb. Hazırda holdingin tərkibində 5 sahə fəaliyyət göstərir. Bunlar “MS Sement”, “MS Kabel” və “MS Oil”“MS Asfalt” zavodu, “MS Laminat” və “MS Karyer” sahələridir. XalqXeber.Az


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək