Bərdənin icra başçısı Vidadi İsayevə yaxınlığı ilə seçilən məktəb direktorunun həbsi gözlənilir
Xalqxeber.az xəbər verir ki, söhbət Bərdə şəhər 4 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru Aysel Yusif qızı Bayxanovadan gedir.
Aysel Bayxanova haqqında indiyədək dəfələrlə mətbuatda müxtəlif xəbərlər yayılıb. Həmin xəbərlərdə məktəb direktorunun qanunsuz fəaliyyətindən bəhs edilir.
Məktəb direktoru medianın diqqətinə həm də rayonda tikdirdiyi obyektlər, bahalı evləri, sürdüyü bahalı maşınlar və Bərdənin icra başçısı Vidadi İsayevin hər vəchlə onu himayə etməsi ilə gündəmə gəlmişdi.
Aysel Bayxanova haqqında elə direktoru olduğu məktəbin işçilərindən tərəfindən müxtəlif vəzifə pozuntuları ilə bağlı hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər edilmişdir. Onun icra başçısı tərəfindən himayə edilməsinə baxmayaraq, mətbuatdan dərc edilən yazılardan sonra prokurorluq hərəkətə keçib.
Belə ki, Aysel Bayxanova haqqında Azərbaycan Respublikası Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalara başlanılıb.Azərbaycan Reallığı.com

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...