Binəqədi rayonunda Zərifə Əliyeva parkı başdan-başa zəbt olunub... - Parkın ərazisində "Qala Qapısı" adlı restoran fəaliyyət gösrərir
Parkın giriş-çıxışı tamamilə hasara alınıb.
Bir neçə il öncə Bakı şəhərində parkların salınması üçün, ölkə başçısı cənab, Prezident İlham Əliyev tərəfindən bir neçə sərəncamlar imzalanıb. Dövlət başçısının sərəncamlarına əsasən, parkların salınması üçün, dövlət büdcəsindən yüksək vəsaitlər ayrılıb. "Hərəmiz bir ağac əkək" kompaniyası günümüzün əsas iş vaxtlarından birinə çevrilib. Biz sadə vətəndaşlar parkların qorunmasında, ağacların əkilməsində yaxından iştirak etsək də, keçmiş və indiki bəzi məmurlar parkların ərazilərində yaşıllıqları və uzunillik ağacları məhv edərək özlərinə kafe, restoran düzəldirlər. Belə restoranlardan biri də keçmiş iriçaplı məmurlardan, birinə məxsus olan "Qala Qapısı" restoranıdır.
"Qala Qapısı" restoranı Binəqədi rayonundakı, Zərifə Əliyeva parkının birinci giriş qapısını bağlayaraq, Zərifə Əliyeva parkı yazısını oradan çıxardıb, parkın girişinə "Qala Qapısı" yazıblar.
Biz bir vətəndaş olaraq Zərifə xanımın adını daşıyan parkda "işbazlar"ın bu hərəkətlərinə etiraz edirik. Zərifə Əliyeva parkından yaxın günlərdə geniş reportajı oxucularımıza təqdim edəcəyik.gundelik-baku.com

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...