SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Ehtiyatda və istefada olan hərbçilərdən, xüsusi rütbəlilərdən TOTAL NARAZILIQ - Prezidentə müraciət olundu

Ehtiyatda və istefada olan hərbçilərdən, xüsusi rütbəlilərdən TOTAL NARAZILIQ - Prezidentə müraciət olundu

Tarix:

10-05-2022, 18:14

/ 5 419 dəfə oxundu.
Ehtiyatda və istefada olan hərbçilərdən, xüsusi rütbəlilərdən TOTAL NARAZILIQ - Prezidentə müraciət olundu

 
Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı
Cənab İlham Əliyevə
Ehtiyatda, istefada olan hərbi qulluqçular və xüsusi rütbəli şəxslər
tərəfindən
M Ü R A C İ Ə T
Möhtərəm, cənab Prezident!
Sizi məlumatlandırırıq ki, ƏƏSMN ehtiyatda və istefada olan sayı 100 mindən artıq hərbi və xüsusi rütbəli şəxsləri dövlətdən və şəxsən Sizdən narazı salmaqda davam edir.
Belə ki, Sizin 2022-ci il üçün əhalinin bütün təbəqələrinun sosial rifahınln gücləndirilməsinə dar tapşırığınızı icra edərkən ƏƏSMN nədənsə 100 mindən artıq hərbi və xüsusi rütbəli şəxsi unutmuşdu.
Sizin 4 mart 2022-ci il tarixli Sərəncamınızla bu ədalətsizlik aradan qaldırıldı. Lakin, bu nazirlik ehtiyatda və istefada olan hərbçilərə, xüsusi rütbəli şəxslərə qarşı qara əməllərindən əl çəkmək istəmir.
Çox böyük təəssüf hissi ilə qeyd edirik ki, "Əmək pensiyaları haqqında qanun"a 1.0.19-cu maddəsinin əlavə edilməsinə dair təklif edilmiş dəyişiklik parlamentin 5 may 2022-ci il tarixli iclasında faktiki olaraq ictimai müzakirə keçirilmədən, deputatlar tərəfindən müzakirə olunmadan qəbul edilmişdir.
Həmin dəyişikliyin, konkret olaraq təklif edilmiş maddəyə "müvafiq vəzifədə işlədiyi vaxt" sözlərinin yazılmasının hüquqi anlamı budur ki, bundan sonra Sizin hərbi qulluqçuların əmək haqqı, təminat xərcliyi ilə bağlı Fərman və Sərəncamlarınız olanda ƏƏSMN: "bu sizə aid deyil, çünki müvafiq vəzifədə işlədiyiniz vaxt bu artım olmayıb, almamısınız" cavabını verəcəkdir.
Biz bu dəyişikliyə QƏTİ ŞƏKİLDƏ ETİRAZIMIZI BİLDİRİRİK! Çünki, bu dəyişiklik hüquqlarımızın total və kobud şəkildə pozulmasıdır. Eyni zamanda bu dəyişiklik cəmiyyətdə hərbi vətənpərvərlik tərbiyəsinin kəskin şəkildə zəifləməsinə, hərbçi peşəsinin prestijinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə, ali hərbi məktəblərə kursant qəbulunda ciddi problemlərin yaranmasına, ordudan zabit heyətinin kütləvi axınına, ölkənin müdafiə və təhlükəsizliyinə ciddi xələl gətirməsinə gətirib çıxaracaqdır ki, bu da Azərbaycan dövlətçiliyi üçün olduqca təhlükəli tendensiyadır.
Cənab Prezident!
Cənab Ali Baş Komandan!
Azərbaycan dövlətçiliyinin qarantı və Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı kimi Sizə inamımız və sədaqətimiz hədsiz və böyükdür.
Ona görə də Sizdən xahiş edirik ki, bu təhlükəli düzəlişi imzalamayasınız.
Eyni zamanda ƏƏSMN-nin özbaşınalıqlarına, bu kimi xoşagəlməz və təhlükəli hallara birdəfəlik son qoyulması məqsədilə təklif edirik ki, hərbi mütəxəssislər də cəlb edilməklə "Hərbi qulluqçuların pensiya təminatı haqqında" qanun yeni redaksiyada qəbul olunsun.
Əvvəlcədən Sizə öz minnətdarlığımızi bildiririk!
Hörmətlə,
Ehtiyatda və istefada olan hərbi qulluqçular,
xüsusi rütbəli şəxslər.
10 may 2022-ci il //teref.az//

Şərhlər

XƏBƏR LENTİ