Masallıda saxta bülleten QALMAQALI - İDDİA
Masallı Regional Ağciyər Xəstəlikləri Xəstəxanasının müdiri Nəbiyev Mirrəhim Yardımlı rayon Bərcan kənd sakini Adıyev Məhəmməd Balamır oğlunu 20.04.2022-ci il tarixdə saxta yollarla büllütenə çıxardıb.
Xalqxeber.az-ın məlumatına görə, bu barədə azinfo.tv xəbər yayaraq bildirir ki, M.Adıyev bir müddət öncə Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin 1 saylı meşəbəyliklərin meşəbəyisi vəzifəsində çalışıb və işində törətdiyi cinayətlərə (Meşə qırıntılarına) görə yanvar 2022-ci il tarixdən özünü müxtəlif xəstəliklərə vuraraq Yardımlı Mərkəzi Xəstəxanasında işdən yayınmaq üçün büllüten açdırıb.
Məlumatda deyilir ki, Məhəmmədin işdən yayındığı üçün büllütenə çıxdığından xəbər tutan sözügedən xəstəxana müdiri, onun bülletenin vaxtını artırmamış və bu səbəbdən Məhəmməd Adıyev "qara yollar"la Masallı Regional Ağciyər Xəstəlikləri Xəstəxanasına yol tapıb.
Qeyd edək ki, Məhəmməd Adıyev hazırda sağlamdır, kənddə evlərində oturub və ara da bir meşələri də seyr edir və 28.04 2022-ci il tarixdə Meşələrin İnkişafı Xidməti Tərəfindən onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam da verilib.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...