Saraylı şəhid ailələrinin arzusu yerinə yetirildi
Abşeron rayonunun Saray qəsəbəsindəki Şəhidlər Xiyabanının ətrafına və xiyabana aparan yola asfalt örtüyü çəkilib. Qeyd edək ki, bir müddət öncə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Saraylı şəhid ailələri ilə birgə Şəhidlər Xiyabanını ziyarət etmiş, vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş bütün igidlərimizin əziz xatirəsi yad edilmiş və ruhlarına dualar oxunmuşdur. Ziyarət zamanı şəhid ailələri tərəfindən Şəhidlər Xiyabanının ətrafına və xiyabana aparan yola asfalt örtüyünün çəkilməsi məsələsi qaldırılmış və bu istiqamətdə köməkliyin göstərilməsi xahiş olunmuşdur. Bundan sonra rayonun Abadlıq və Kommunal Xidmətlər İdarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərək atılacaq addımlar müəyyənləşdirilmiş, əvvəlcə çınqıl daşları tökülərək bərkidilmiş və bundan sonra ümumilikdə 3200 kvadratmetr asfalt örtüyü çəkilmişdir.
Şəhid ailələri yaradılan şəraitdən tam razı qaldıqlarını bildirərək dövlət tərəfindən onlara daima diqqət və qayğının göstərildiyini və buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək