SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Wolt” şirkətinin kuryerləri xidmət haqqının azaldılmasına ETİRAZ EDİRLƏR - VİDEOFAKT

“Wolt” şirkətinin kuryerləri xidmət haqqının azaldılmasına ETİRAZ EDİRLƏR - VİDEOFAKT

Tarix:

25-04-2022, 07:33

/ 657 dəfə oxundu.
“Wolt” şirkətinin kuryerləri xidmət haqqının azaldılmasına ETİRAZ EDİRLƏR - VİDEOFAKT

 
“Wolt” şirkətinin kuryerləri “ölüm arabasında” işə görə xidmət haqlarının əvvəlki məbləğə qədər qaldırlmasını istəyir.

Kuryerlər deyir ki, əvvəl restorandan müştəriyə olan məsafənin 1 km 1.90 manatdan hesablanırdı, aprelin 1-dən bu məbləğ 1.60 manat olub.

Kuryerlər deyir ki, gəlirlərinin azalmasının səbəblərindən biri də işə yetkinlik yaşına çatmayan şəxslərin götürülməsidir.

İddiaya görə onların adına VÖEN açılmır və gəlirlərinin 20 faizin şirkət götürür.

“Wolt” şirkətinin marketinq meneceri Tofiq Süleymanov bildirib ki, 21 apreldə kuryerlərin bir qrupu ilə görüş keçirib rəylərini dinləyiblər.Bu məlumatlar əsasında xidmət haqqında artım edib-etməməklə bağlı düşünəcəklər. Şirkətin sözçüsü bildirib ki, yetkinlik yaşına çatmayan şəxslərlə işləmirlər. O əlavə edib ki, şirkət vergi qanunlarına uyğun fəaliyyət göstərir.

İşçilər ümid edir ki, Ramazan bayramından sonra xidmət haqları qaldırılacaq.

Şərhlər

XƏBƏR LENTİ