“Azercell” oruc tutanları necə aşağıladı? – Ucuz piar, saxta xeyriyyəçilik - FOTO
Hər il milyonlarla müsəlman sübh tezdən gün batana qədər Ramazan ayında 30 gün ərzində oruc tutur.
Əhali bu günlərdə oruc tutmaq, savab iş görmək və xeyirxah işlərə təşəbbüs göstərməklə Ramazan ayının vacib əməllərindən geri qalmır.
“Azercell Telekom”un müqəddəs Ramazan ayı münasibətilə öz abunəçilərinə hədiyyəsini elan edib. Belə ki, “Azercell” Ramazan kampaniyası iştirakçılarına 2GB həcmində internet paketlərini hədiyyə etdiyini açıqlayıb. Təqdim olunan paketdən 2 may tarixinə qədər 02:00-06:00 saatları arasında istifadə etmək mümkündür.
İqtisadçı-ekspert Samir Əliyev “Azərcell”i özünü ucuz reklam etməkdə ittiham edib.
“Əhalinin 99 faizi həmin vaxt evdə olur, daha doğrusu yatır. Yatmayanların isə “Azercell” hədiyyəsinə ehtiyacı qalmır. Çünki hamının evində ADSL və ya fiberoptik internet mövcuddur. Bu addımı atmaqla “Azercell” guya insanların qayğısına qalır, əslində isə özünü PR edir. Bu hədiyyənin uzağı gecə növbəsində işləyən UBER, BOLT taksi sürücülərinə faydası var. Onlar isə bir qayda olaraq limitsiz internetə qoşulur”, - deyə ekspert bildirib.Bakıvaxtı.az





Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...