SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Masallıda özbaşınalıq edən KİMDİR? - ŞOK TƏFƏRRÜAT

Masallıda özbaşınalıq edən KİMDİR? - ŞOK TƏFƏRRÜAT

Tarix:

13-04-2022, 09:59

/ 425 dəfə oxundu.
Masallıda özbaşınalıq edən KİMDİR? - ŞOK TƏFƏRRÜAT

 
Çox təzadlı bir dünyada yaşayırıq. Hər gün nəsə qeyri-adi bir hadisə, xəbər eşitməyəndə təəccüblənirik. Elə Masallı rayonunun Xanalion və Sığdaş kəndlərindən gələn şikayət də məhz belə təəccüb doğuran saxtakarlıqlar barədədir.

Məlumat üçün qeyd edək ki, adı çəkilən kəndlərin bələdiyyə sədri Əhliman Əliyev barədə ötən il məhz bu sakinlərin şikayəti əsasında geniş yazı dərc etmişdik. Mən şikayətçilərin dəvəti əsasında Masallıya gedib Xanalion və Sığdaş kənd sakinləri ilə görüşmüşdüm. Sakinləri dinləməklə geniş yazı da hazırlamışdıq. Əks tərəf kimi təbii ki, Əhliman Əliyevlə də görüşüb, onun da mövqeyini dinləmişdim. Nəticədə kənd sakinləri ilə Əhliman Əliyevi görüşdürdüm və burada uzun mübahisələrdən, qarşılıqlı ittihamlardan sonra ortaq məxrəcə gələrək, barışıq sazişi bağladılar... Əldə edilən razılığa görə, Ə.Əliyev bələdiyyə sədri kimi daha kəndlilərin qanuni pay torpaqlarına heç bir problem yaratmayacaq.

Amma çox təəssüf ki, 10 noyabr üçtərəfli sazişdən Paşinyan boyun qaçıran kimi, bu barışıq sazişinin də mürəkkəbi qurumamış, Əhliman Əliyev yenə öz ampluasında çıxış etməyə başladı. Bu barədə sakinlər mənə mütəmadi məlumat verirdilər ki, bələdiyyə sədri kimi Ə.Əliyev hansı qanunsuzluqlara imza atır. Fikirləşirdik ki, eyni adam haqqında bir neçə məqalə dərc etsək, bu, qərəz kimi qəbul oluna bilər. Çalışırdıq ki, sülh, danışıqlar yolu ilə məsələni yoluna qoyaq.

Bu günlərdə məlum oldu ki, Xanalion və Sığdaş kəndlərinin bələdiyyə sədri olan Əhliman Əliyev yenə “nə Allah tanıyır, nə də bəndə”. Yəni, “dədəm mənə kor deyib, gəlib-gedəni vur deyib” -prinsipi ilə bu iki kənd sakinlərinin başına olmazın müsibətlər açır. Kimisinin qanuni pay torpağını qeyri-qanuni zəbt edib, istədiyi adama satır. Başqa birisinin torpağında əkin-biçin aparmağa mane olur. Digər sakinin torpağını əlindən almaq üçün onun məhkəmə ilə başını qatır və s.

Bu kənd sakinləri, Qarabağın separatçı ermənilər olan bölgələri ilə sərhəddə yaşayan sakinlərimiz kimi, həmişə narahatdırlar. Çünki bilmirlər ki, ermənilər kimi, Əhliman Əliyev atəskəsi hansı istiqamətdən pozacaq? Əhliman Əliyev törətdikləri qanunsuzluqlar, yol verdiyi özbaşınalıqlar, hətta bəzi kriminal hadisələrdə adının hallanması ilə bu kənd sakinlərinin qorxulu röyasına və bir kabusa cevrilib. Bu kabus sakinləri əməlli-başlı qorxu altında saxlayır.

***

Bizə verilən məlumata görə, Əhliman Əliyevdən əvvəl olan bələdiyyə sədri kəndlilərin halal pay torpaqlarını bir sahibkara satıbmış. Ə.Əliyev bələdiyyə sədri olandan sonra, həmin torpaqların çox əlverişli ərazidə olduqlarını nəzərə alaraq, qeyd olunan sahibkardan 70-80 min manata alaraq torpaqlara sahib olub. Sakinlər nə qədər özlərini öldürsələr də ki, həmin ərazilər qanuni sənədlə onlara məxsusdur, əvvəlki bələdiyyə sədri qanusuzluq edib, amma nə faydası? Belə şeylər Ə.Əliyevə qətiyyən təsir eləmir. Sanki Əhliman Əliyevi əhaliyə problem yaratmaq üçün bələdiyyə sədri seçiblər. Sakinlər onun əlindən bezib məhkəmələrə üz tutublar və çıxarılan qərarlar da sakinlərin xeyrinədir. İş o yerə çatıb ki, Şirvan Apellyasiya Məhkəməsində hakim Əhliman Əliyevin haqsız olduğunu görüb və bu səbəbdən üstünə qışqıraraq deyib ki, sən bu sakinlərdən nə istəyirsən?

Heç Əhliman Əliyev özü də bilmir nə istəyir, məqsədi nədir, bələdiyyə sədri kimi funksiyası nədən ibarətdir? Bu adam, hətta prezident İlham Əliyevin “hər bir məmur xalqa xidmət etməlidir, xalqın birinci xidmətçisi mən özüməm” göstərişini belə qulaqardına vurur. Əhliman Əliyevin amalı və məqsədi dövlətə, xalqa yox, yalnız öz marağına xidmət etməkdir.

...Bircə onu bilir ki, hansı yollasa, pul qazanmaq lazımdır. Belə pul qazanmaq üsulunun biri isə tarixə düşmək şansı var. Mən özüm şəxsən bu üsulu eşidəndə dəhşətə gəldim ki, yəni insan bu qədərmi düşüncəsiz olar ki, tutduğu işin son nəticəsinin necə olacağını bilməsin? Belə bir saxtakarlıq üsulu bəlkə də “Ginnesin rekordlar” kitabına da düşə bilər. Keçək mətəlbə: təzəlikcə Sığdaş kənd sakini Nəhmətov Zeynal Nəhmət oğlu redaksiyamıza müraciət edərək iki kəndin bələdiyyə sədri Əhliman Əliyevin yeni bir qanunsuzluğu barədə məlumat verdi və bir neçə sənədin surətini də göndərdi. Sənədlərə tanışlığa keçməzdən əvvəl Əhliman Əliyevin sensasiya doğura biləcək saxtakarlığı barədə məlumat verək. Deməli, Zeynal Nəhmətovun və qardaşlarının 10 hektara qədər pay torpaqları çox münbit bir ərazidə yerləşir. Bu qardaşlar 1997-ci ildən həmin torpaqları min bir əzab-əziyyətlə yararlı hala gətirərək, əkib, becəriblər. İndi bu bələdiyyə sədri Əhliman Əliyev həmin torpaqları qardaşların əlindən alıb, imkanlı adamlara satmaq qərarına gəlir. Bunun üçün isə, olduqca qeyri-adi bir üsul tapıb. Torpağın sahibləri olan Zeynal Nəhmətovun adından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi cənab Mətin Eynullayevə məktub yazır ki, onun torpağının yerini dəyişdirsinlər. İndi özünüz fikir verin, belə bir saxtakarlıq üsulu kimin ağlına gələr? İnsan gərək öz ağlını nə qədər itirməlidir ki, başqasının adından dövlət qurumlarına məktub yazıb, vəzifəli şəxsləri aldatsın.

(Davamı II yazıda olacaq) //tezadlar.az//

Şərhlər

XƏBƏR LENTİ