Şantaj olunan model intihar etdi
Özünü bir müddətdir bloqer kimi təqdim edən Cəmil Quliyev adlı şəxs ona məxsus olan sosial şəbəkə hesabında Yeganə Ağayeva adlı modelin videogörüntülərini paylaşaraq onu insan alveri və narkotik vasitələrin satışını etməkdə ittiham edirdi. Xalqxeber.az olaraq əldə etdiyimiz məlumata görə, bugün, 7 aprel tarixində Yeganə Ağayevanın rəfiqəsi onun mobil telefonuna ardıcıl zənglər edib və onun zənglərə cavab verməməsi narahatlıq yaradıb. Daha sonra onun yaşadığı ünvana yollanıb və Yeganə Ağayevanın intihar etdiyini görüblər. Yeganə Ağayeva təcili olaraq 1 saylı Şəhər Klinik xəstəxanasının toksikologiya şöbəsinə yerləşdirilib və vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Yaxınlarının verdiyi məlumata görə Yeganə Ağayeva intihar etməzdən əvvəl məktub yazıb və məktubunda Cəmil Quliyevin onu intihar həddinə çatdırmasını qeyd edib. Xalqxeber.az olaraq məsələni diqqətdə saxlayıb yeni məlumatlar olduqca sizinlə paylaşacağıq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...