XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadıldı

Tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadıldı

Tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadıldı
2-04-2022, 15:44

 
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti mayın 1-dək uzadılıb.

Qeyd edək ki, əvvəl bu müddət martın 1-dək nəzərdə tutulmuşdu.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.