Evi bombardman olan vətəndaş hökumətdən imdad diləyir - Başçı başından edir...
Ağdam rayonu, Xındırıstan kənd sakini Ramiz Haqverdiyev bildirir ki, “Vətən müharibəsinin davam etdiyi günlərdə ermənilərin atdıqları top mərmisi yaşadığımız evə ciddi ziyan vurdu. Müharibədən sonra yaşadığımız evə müvafiq komissiya tərəfindən baxış keçirilsə də, bugünə kimi heç bir nəticə yoxdur. Düz iki ildir ki, qəzalı vəziyyətə salınmış evimizdə üç övladımla yaşayıram. Xeyli bundan əvvəl Nazirlər Kabinetinə rəsmi qaydada məktubla müraciət etsəm də, göndərdiyim məktubu tədbir görülməsi üçün Ağdam RİH-nə göndərirlər.
İcra Hakimiyyətindən isə bildirirlər ki, sizə min manat pul verilib.
Möhtərəm Prezidentimiz çıxışlarında qeyd edir ki, “Mənim vaxtımda böyüyən gənclər 44 günlük Vətən müharibəsində qələbə çaldılar”. Bəli, bunlar gözlərimiz önündə olub. Bu gün mənim də övladlarım bu evdə böyüyürlər.
Böyük övladım babasının medalları ilə fəxr edir, şəhid dayısının adı ilə qürur hissi keçirir. İndi ölkə rəhbəri İlham Əliyev cənablarından rica edirəm ki, bizim belə bir problemimizin aradan qaldırılması üçün, bizə lazımi köməkliyini göstərsin. Baxmayaraq ki, mərmi zərbəsindən qəzalı vəziyyətə düşən evimizə dörd dəfə komissiya tərəfindən baxış keçirilib, hələ də heç bir nəticə yoxdur.
Gundemxeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...