SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Fərid Qayıbov, Rektor Fuad Hacıyevi Yola Salır: – Yeyinti Faktları Çoxdur

Fərid Qayıbov, Rektor Fuad Hacıyevi Yola Salır: – Yeyinti Faktları Çoxdur

Tarix:

30-03-2022, 18:59

/ 595 dəfə oxundu.
Fərid Qayıbov, Rektor Fuad Hacıyevi Yola Salır: – Yeyinti Faktları Çoxdur



Xəbəral.az-ın məlumatına görə, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında problemlər bitib tükənmir. Yeni rektor təhsil ocağında kiçik bir yerin təmiri üçün 340 min manata yaxın pul silib

Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsilin hansı səviyyədə olduğunu deməyə gərək yoxdur. Tutarlı kadr hazırlaya bilməyən, daha çox idmançı deyil, qoçu hazırlayan təhsil ocağı kimi ad çıxarmış Akademiyda korrupsiya da dizə çıxıbmış.

Xəbəral.az xəbər verir ki, rektor Fuad Hacıyev elə ilk gündən keçmiş rektor Ağacan Əbiyevin yolunu getməyə başlayıb. Rüşvətin korrupsiyanın tüğyan etdiyi bu təhsil ocağı, həm valideyinlər, həmdə tələbələr arasında ciddi narazılıq yaradır.

Demək olar ki, artıq tələbələr oxumağa çətinlik çəkirlər.Hansı ki, Fuad Hacıyev rektor təyin olunanda hamı sevindi ki, İdman Akademiyası inkişaf edəcək.Amma təəssüf olsun ki, tam əksinə oldu. Bildiyiniz kimi, bu gün Azərbaycan idmanı uğurla inkişafa doğru irəlləyir.Bununla yanaşı idman gənc nəsilləri pis vərdişlərdən uzaqlaşdırıb, cəmiyyətə sağlam adaptasiya edir.

Məqsədimiz, Rektor Fuad Hacıyevi ittiham etmək deyil, istəyirik ki, cənab prezident İlham Əliyevin idmanımıza göstərdiyi diqqət və qayğısı Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında da öz təsirini göstərsin. Ali Təhsil ocağına ayrılan pullar havaya sovrulmasın.

Belə ki,yeni rektor qısa müddətdə dövlət büdcəsindən ayrılmış pulları elə şeylərə sərf edib ki, bu gün həmin işləri görməyə bir o qədər gərək yoxdur. Xüsusən də ayrılan vəsaitin həcmi onu deməyə əsas verir ki, məqsəd təkcə təmir deyil, həm də pul qazanmaq niyyəti güdüb. Məsələn, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yeməkxanasının təmir edilməsi üçün 3 dəfə pulun ayrılması kifayət qədər şübhəlidir.

Xəbəral.az xəbər verir ki, birinci dəfə 119768 manat vəsait yeməkxananın təmiri üçün ayrılıb. Və prosesi «Kleon» MMC adlı şirkət həyata keçirib. Bunun ardından yeməkxananın təmiri üçün ikinci tranş ayrılıb. «Sapfir» MMC-nin qalibi olduğu tender üçün ayrılmış vəsait 117229 manat təşkil edib.

Amma Fuad Fuad Hacıyevin ürəyi bununla da soymayıb. Üçüncü dəfə eyni məqsədlər üçün pul ayrılmasına nail olub. «Puta-2015» MMC tərəfindən həyata keçirilən yeməkxananın təmir işlərinə 103479 manat ayrılıb. Aydın məsələdir ki, bir yeməkxananın təmiri üçün 340 min manatın ayrılması kifayət qədər şübhəlidir. Və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yeməkxanası nə boydadır ki, bu qədər vəsaitə təmir olunub? 

Xəbəral.az bildirir ki, akademiyada oxuyanlardan imtahanpulu yığılmasından əldə edilən gəlirlər görünür, rektora az gəlib. Ona görə də, belə bir varianta əl ataraq, daha böyük gəlir əldə etməyə çalışıb. Əks təqdirdə, həcmi elə də böyük olmayan yeməkxana üçün 340 min manata yaxın pulun ayrılmasına rəvac verməzdi. 

Bəzi mənbələr isə bildirirlər ki, Fuad Hacıyevin belə bir addım atması ilk nağdlaşdırma əməliyyatıdır. Yəni, o, pul qazanmaq üçün yeməkxana təmiri adı altında büdcədən pul çıxarıb. 

İnanırıq ki, bizim bu yazımızdan sonra Gənclər və İdman Naziri Fərid Qayıbov Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası haqqında yaxından maraqlanıb, rektor Fuad Hacıyevin rüşvət tüğyanına son qoyacaq.

Xəbəral.az xəbər verir ki, dəfələrlə Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında olan bu yeyinti haqqında mətbuatda silsilə yazılar getsə də rektor Fuad Hacıyev sözügedən yeməkxana təmirində olan yeyintini eks rektor Ağacan Əbiyevin dövrünə bağlayır.

Xatıraladaq ki, yazıda müxtəlif saytların matreallarından istifadə olunmuşdur.

Mövzuya qayıdacağıq…

Qarşı tərəfin mövqe haqqını tanıyırıq

Xəbəral.az

Şərhlər

XƏBƏR LENTİ