"Glo Azərbaycan" müştəriləri aldadır: DEFEKT, KEYFİYYƏTSİZ VƏ...
AMİA.AZ xəbər verir ki, bu barədə tanınmış jurnalist Anar Məmmədov məlumat verib. Onun sözlərinı görə bir neçə dəfə şirkət tərəfindən defekt malla təmin edilib: "Glo Azerbaijan' müştərilərinə keyfiyyətsiz aparatlar satır!
Bu il yanvarın 11-də Glo Azərbaycan şirkətindən aparat aldım, cəmi 10 gün sonra Şamaxıya gedərkən xarab oldu. Müştəri xidmətlərinə zəng etdim, bildirdilər ki, dəyişmək üçün yalnız Bakıdakı şatış mərkəzinə gəlməliyəm. Məcbur olub Şamaxıda yenidən cihaz almalı oldum. Heç köhnə xarab olmuş cihazı dəyişməyə aparmağa macal tapmadım, 2 günə yenisi də xarab oldu. Hər iki cihazı müştəri xidmətlərinə aparıb dəyişdim. Təxminən 10-15 gün idi dəyişdiyim cihazlardan birini istifadə edirdim, dünən axşam xarab oldu. Bu gün səhər evdə saxladığım növbəti təzə cihazı açdım, cəmi iki ədəd siqaretdən sonra o da xarab oldu. Müştəri xidmətlərinə zəng edib iradımı bildirdim, cavab belə oldu ki, mütləq müştəri xidmətlərinə yaxınlaşmalıyam. Məni inandırmağa çalışırlar ki, aparatlardan şikayət olmur, çox nadir müştərilərdənəm ki, belə halla üzləşirəm.
İlk olaraq deyim ki, hörmətli Glo şirkəti, sizin məni nadir müştəri hesab etməyiniz onunla bağlıdır ki, heç kim cihazı yanandan sonra sizə müraciət etmir, əksinə xarab olmuş cihazı ataraq sizdən imtina edir. Amma mən etməyəcəm, lazım gələrsə hər ay 10 dəfə sizdə cihaz dəyişəcəm, o vaxta qədər ki, siz ölkəyə normal cihaz gətirəcəksiz.
Və ya məni keyfiyyətli cihazla təmin edəcəksiz. Qısası, siz məndən imtina etməyə çox çalışacaqsız, amma mən sizdən əsla…"
AMİA.AZ

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...