Aydın Kərimovun şirkətləri ləğv olunur - SİYAHI
Azərbaycanda 4 şirkət ləğv olunduğunu elan edib.
Xalqxeber.az yeniavaz.com-a istinadən bildirir ki, "Kaspian Marin" MMC (VÖEN-1501002291), "KASPİAN İNVEST" MMC (VÖEN – 1500122841), "BAKI MARIN SERVIS" MMC (VÖEN – 1701034981) və "CASPİAN EVENTS LTD" MMC (VÖEN – 2003250401) ləğv olunurlar.
Ləğv olunduğunu elan edən "Kaspian Marin" MMC-nin qanuni təmsilçisi Prezident İlham Əliyevin 2021-ci ilin yanvar ayında Şuşa şəhərinə təyin etdiyi xüsusi nümayəndəsi Aydın Kərimovdur.
MMC-nin hüquqi ünvanı Bakı şəhəri, M.K.Atatürk küçəsi, ev 23/25, mənzil 62-də yerləşir və bu ünvan eyni zamanda Aydın Kərimovun qeydiyyatda olduğu ünvandır.
Ləğv olunan "KASPİAN İNVEST" MMC-nin də hüquqi ünvanı M.K.Atatürk küçəsi, ev 23/25, mənzil 62-də yerləşir və bu MMC-nin qanuni təmsilçisi Rüfət Abasov eyni zamanda "BAKI MARIN SERVIS" MMC-nin qanuni təmsilçisidir.
Aydın Kərimov eyni zamanda Londonda qeydiyyatda olan və 2020-ci ilin oktyabr ayında ləğv olunan “AFEA International LLP” şirkətinin də rəhbəri olub. XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...