Akif Çovdarovdan şikayətçi olan biznesmen axtarışa verildi - GƏLİŞMƏ
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə rəisi, general-mayor Akif Çovdarovun cinayət işində adı keçən biznesmen axtarışa verilib.
Xalqxeber.az Lent.az-a istinadla xəbər verir ki, Ədilov Qədim Ədil oğlu Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir.
Çoxsaylı vətəndaş şikayətləri əsasında Q.Ədilov barəsində cinayət işi başlanıb. İstintaqdan yayındığı üçün onun barəsində axtarış elan edilib.
Hazırda Q. Ədilovun tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Qeyd edək ki, Q. Ədilovun adı Akif Çovdarovun cinayət işində keçib. Tikinti materialları, taxta-şalban biznesi ilə məşğul olan Q. Ədilov Akif Çovdarovdan şikayətçi olub.
Həmin hadisələrdən bir neçə il sonra, 2019-cu ildə Q. Ədilov dələduzluq ittihamı ilə həbs edilib. Onun 17 nəfərə qarşı 2 milyon manatlıq dələduzluq etdiyi iddia olunur.
Həbs edildikdən bir neçə ay sonra azadlığa buraxılan Q.Ədilov istintaqdan yayınaraq ölkəni tərk edib.
Hazırda onun Rusiyada olduğu bildirilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək