SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Ələbaxan həkimlər vətəndaşı CANA DOYURUB - GİLEY

Ələbaxan həkimlər vətəndaşı CANA DOYURUB - GİLEY

Tarix:

9-03-2022, 09:14

/ 398 dəfə oxundu.
Ələbaxan həkimlər vətəndaşı CANA DOYURUB - GİLEY

Tovuz rayonun Qaradaş kənd sakini Süleymanova Şərafət Məhəd qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Əvvəlcə bildirim ki, mən 2-ci qrup əlil kimi 10 ildir ki, təqaüd alırdım. 2021-ci ilin sentyabrından yenidən əlilliyin müəyyən olunması məsələsini qaldırdılar. Əlavə müalicəyə ehtiyac olamsı səbəb göstərilməklə imtina cavabı yazdılar.

Xatırladım ki, son illərdə sağlamlığıma əhəmiyyət vermədiyimə görə bir neçə ciddi xəstəliklərə tutulmuşam. 2018-ci ilin əvvəlindən müxtəlif xəsətəxanalara etdiyim müraciətlərdən və Cavadzadə ad. Xəstəxanada müalicələr almağıma baxmayaraq əsas xəstəliyim olan 4-cü dərəcəli ağır böyrək çatışmazlığından, Mədəmdə olan xoralı ezofaqit qastritddən, kəskin qanazlığından, hipertoniyadan hazırda əziyyət çəkir və yataq xəstəsiyəm.

Çox təəssüfki, keçən ilin sonuna qədər müalicələr almağıma baxmayaraq sağlamlığmı qismən də olsa bərpa edə bilməmişəm. Əksinə, ağırlaşmalar davam edir. 3 ildir ki, uroloq həkimin nəzarəti altında olmağıma baxmayaraq bu orqanların xilas edilməsi və sağalması istiqamətində irəliləyiş olmamışdır. Əksinə, hazırda sağ böyrəyim demək olar ki, fəaliyyətini dayandırmaq üzrədir.Sol böyrəyim də xroniki xəstəlikdən əziyyət çəkir. Akad. M.Cavad-Zadə adına Respublika Kliniki uroloji xəstəxanasının 19 noyabr 2021-ci il tarixli Səhhətin Müayinə Aktında da Diaqnozda qeyd edilmişdir: “XRONİKİ PİELONENFRİT. SAĞ BÖYRƏYİN LƏYƏN DAŞI. SAĞ BÖYRYİN HİDRONEFROTİK TRANSFORMASİYASI, XRONİKİ BÖYRƏK XƏSTƏLİYİ -4-CÜ MƏRHƏLƏ.” Həm də 380 kreatin dərəcəsilə. Çox təəssüf ki, bu sənəd yazılmış forma 88-ə qəsdən əlavə edilmədi. Ona görə yenə əlavə müalicə yazdılar. 2022-ci ilin fevralında Mirqasımov ad. Respublika Xəstəxanasında nefrologiya şöbəsində stasionar müalicə aldım. Burada da 4-cü mərhələ, 407-ci kreatinlə diaqnozu təsdiq etdilər. Hazırda xəstəxanadan çıxandan sonra Mərkəzi VİTEK-ə müraciət etdim. Ekspertlər qeyd etdilər ki, Sizin əlilliyinizin təyin olunması üçün ixtisaslaşmış müəssisəsinin ( Cavadzadə ad. Urologiya İnstitutu) sənədləri forma 88-ə əlavə olunmayıb.Ona görə ddə yenidən Tovuz Rayon Mərkəzi Xəstəxanasına forma 88 üçün müraciət etdim. Baxmayaraq ki, 3 dəfə komissiyada iştirak etmişəm. 4-cü dəfə yenə komissiyaya dəvət etdilər. Və məni yenə Mərkəzi VİTEK-ə yolladılar. TRMX-sı bəhanə etdi ki, 4-cü dəfə forma 88 arayışı yaza bilmərik. Hüququqmuz yoxdur. Axı mən bir fiziki şəxs imi günahim deyil ki, Tovuz Mərkəzi Xəstəxanası Urologiya Xəstəxanasının verdiyi arayışı hər dəfə forma 88-ə daxil etməyi “YADDAN ÇIXARIR”. Nəticədə Xəstəliyimə görə sənədlərim əlilliyin müəyyən edilməsi üçün ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinə Tovuz rayon Mərkəzi Xəstəxanası tərəfindən son ildə 3 dəfə forma 88 təqdim edilmişdir. Lakin hər dəfə ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin komissiysı rəsmi müraciətlərə hər dəfə “ FORMA TAM DOLDURULMAMIŞDIR” bəhanəsilə yola salırlar. Aylarla məni süründürdülər. Bunun da səbəbi indi mənə aydın olur ki, Tovuz Mərkəzi Xəstəxana komisiyasının maddi maraqlarını təmin etmədiyimə görə bu süründürməçilklə üzləşirəm. Yoxsa ki, Paşa Muradovun başına at təpməyib ki, 10 ilin ağır böyrək xəstəsi olan mənim kimi kasıb böyrək xəstəsinə elə-belə düzgün doldurulmuş forma 88 verilsin. İndi mən bu xəstə halımla 7 aydır ki, xəstəxana qapılarında süründürməçiliyə məruz qalmışam. Maddi imkanım da yoxdur ki, Tovuz Mərkəzi Xəstəxanasının ələbaxan həkimlərini razı salım.

Hesab edirəm ki, bu insanlığa qarşı həkim vandalizmi və ən ağır cinayətdir. İndiki ağır zamanda insanları bu formada maddi və mənəvi olaraq məhv etmək olmaz. Həkim özbaşnalığının bir sonu olmalıdır.

Mən bu rəsmi süründürməçilkdən belə nəticə çıxarıram ki, ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin komissiysının və Tovuz MRX-nın maddi maraqları təmin edilmədiyinə görə sonda əlillik təyin etmək istəmirlər. Halbuki mənim kimi ağır xəstəlikdən əziyyət çəkən çox insanlara əlillik təyin edilmişdir. Hesab edirəm ki,Tovuz Mərkəzi Xəstəxanasının həkim komissiyasının “Biz 4-cü dəfə sənə forma 88 verməyə hüququqmuz yoxdur” cavabı bir bəhanədir və ciddi qanunpozuntusudur.

Cənab Prezident, Sizdən çox xahiş edirəm. Mənim təqdim etdiyim sənədərin əvvəlcə əsaslar üzrə yoxlanılaraq əlilliyin müəyyən edilməsi üçün müstəqil ekspert komissiyasına tapşırıq verməyinizi vəSəhiyyə Nazirliyini, İcbari Tibbi Sığorta Agentliyini, ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin komissiyasının və Tovuz RMX-nın direktoru Paşa Muradovu başa salasınız ki, xəstə və imkansız Azərbaycan vətəndaşını süründürməçiliyə salmasınlar, sadəcə faktı təsdiq etsinlər".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ