XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » “Ferrari” Rusiya üçün avtomobil istehsalını dayandırır

“Ferrari” Rusiya üçün avtomobil istehsalını dayandırır

“Ferrari” Rusiya üçün avtomobil istehsalını dayandırır
9-03-2022, 08:29

İtaliyanın avtomobil istehsalçısı “Ferrari” Ukrayna hadisələri ilə əlaqədar Rusiya bazarı üçün avtomobil istehsalını dayandırmaq qərarına gəlib.

“Biz bütün qaydalara və sanksiyalara uyğun olaraq vəziyyəti izləməyə davam edirik”, - şirkətin çərşənbə axşamı yaydığı bəyanatda deyilir.

Həmçinin  “Ferrari”-nin istehsal edildiyi İtaliyanın Emilia-Romanya bölgəsinin rəhbəri Stefano Bonaççini şirkətin Ukrayna xalqına kömək üçün 1 milyon avro ayırmaq qərarını açıqlayıb. Regional hakimiyyət mart ayında bir sıra humanitar layihələrin, o cümlədən Ukraynadan olan çoxsaylı qaçqınların qəbulu üçün vəsait toplamaq məqsədilə genişmiqyaslı kampaniyaya başlayıb.

Bonaççininin sözlərinə görə, burada vətəndaşlar, istehsal şirkətləri və ictimai təşkilatlar fəal iştirak edirlər.

Mənbə: “RİA Novosti”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.