Biabırçılıq! Azərbaycanın məşhur Xalq artistinin həyat yoldaşını işdən qovdular – Putinə görə
Rusiyanın Xalq artisti Anna Netrebko ABŞ-ın Nyu-York şəhərində yerləşən dünyaca məşhur Metropolitan Operasından xaric edilib.
Xalqxeber.az xarici KİV-ə istinadən xəbər verir ki , teatrın baş meneceri Peter Qelb Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirərək bu qərara gəldiyini deyib.
O qeyd edib ki, biz artıq Putini dəstəkləyən, onun müdafiəçisi olan sənətçilər və ya qurumlarla əməkdaşlığımıza davam edə bilmərik.
“İşğal və qətl dayandırılana, nizam-intizam bərpa olunana qədər bu qadağa davam edəcək”.
Qelb həmçinin “New York Times” qəzetinə açıqlamasında bildirib ki, kostyumların tikilməsi ilə bağlı “Böyük Teatr”la əməkdaşlığa da son qoyula bilər.
“Düşünürəm ki, kostyumlarımızı artıq özümüzün hazırlamağımızdan başqa çarəmiz olmayacaq”,- deyə Qelb qeyd edib.
Bu gün məlum olub ki, Vyana operası da Annayla əməkdaşlığa son qoyub.
Xatırladaq ki, Anna Netrebko Azərbaycanın xalq artisti Yusif Eyvazovun həyat yoldaşıdır.manset.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək