SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Ödənişi keyfiyyətindən yüksək olan təhsilimiz: - abituriyentlər xaricə qaçır, oxumaq çətindir...

Ödənişi keyfiyyətindən yüksək olan təhsilimiz: - abituriyentlər xaricə qaçır, oxumaq çətindir...

Tarix:

4-03-2022, 18:39

/ 541 dəfə oxundu.
Ödənişi keyfiyyətindən yüksək olan təhsilimiz: - abituriyentlər xaricə qaçır, oxumaq çətindir...


Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) vətəndaşlar üçün təhsil müəssisələrində təhsil haqqının endirilməsini təklif edib.
Azərbaycan vətəndaşlarına münasibətdə dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsilə görə müəyyən edilmiş məbləğin mümkün qədər aşağı salınması, dövlət sifarişli yerlərin sayının ödənişli ixtisas yerlərinə nisbətdə artırılması təklifdə yer alır.


Məsələyə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi Bakupost.az -a deyib ki, bəzi özəl universitetlərdə ödənişli əsaslarla oxumaq olduqca çətindir, çünki ödəniş çox yüksəkdir:

“Region universitetləri istisna olmaqla, dövlət universitetlərinə nəzər yetirsək, 2000-3000 manat təhsil haqqı müşahidə edərik. Hesab edirəm ki, dövlət universitetlərində ödənişin yüksək olmasına yanlış qərardır. Biz neft, qaz ölkəsiyik. Kəlbəcər də işğaldan azad olundu, orada qızıl yataqları və s. yerləşir. Bu da imkan verir ki, dövlət universitetlərində gəncləri pulsuz təhsillə təmin edək.
İstər dövlət, istər özəl universitetlərdə təhsil haqlarının yüksək olması elə vəziyyət yaradır ki, abituriyentlər xarici təhsil müəssisələrinə müraciət edir. Əsasən gedilən ölkələr Türkiyə və Avropa ölkələridir. Türkiyənin dövlət universitetlərində təhsil haqqı bizim valyuta ilə minimal 200 manatdan başlayır, 1500 manata qədər yüksəlir.
Azərbaycanda fəaliyyət göstərən özəl kolleclərdə ödəniş haqqı 1000 manat, dövlət kolleclərində isə 500-700 manat arası dəyişir. Bunun üçün təhsil haqlarında endirim etmək vacibdir. Çünki ödənilən təhsil haqqı, təhsilin keyfiyyətindən yüksəkdir. Aldığımız təhsil haqqı ilə keyfiyyət verə bilmirik. Normal təhsil sərgiləyə bilmiriksə, bəzi universitetlərin ödənişi 2500 manata qaldırması mənasızdır. Bununla bağlı qarşıdakı dövrdə mütləq Nazirlər Kabineti təhsil haqlarının azaldılması üçün müvafiq qərar verməlidir”.


Bakupost.az

Şərhlər

XƏBƏR LENTİ