Maləsəf, içimizdə BELƏLƏRİ DƏ VAR: Rusiyada Azərbaycan adına rəzalət... - Şıxlinski separatçılara yardım edir
Rusiyada Azərbaycan adına rəzalət yaşanır.
Xalqxeber.az-ın məlumatına görə, bununla bağlı cumhuriyyet.az xəbər verir ki, bu ölkənin Sverdlovsk vilayətində fəaliyyət göstərən «Azərbaycan-Ural» diaspora cəmiyyəti qondarma Donetsk və Luqanksk respublikaları üçün yardım kampaniyasına başlayıb.
Kampaniya çərçivəsində geyim, ərzaq, məişət texnikası, gigiyenik vasitələr, yataq dəstləri toplanır.
Məlumata görə, Rusiya banklarına etibar etmədiklərindən cəmiyyətə nəğd vəsait ianə edirlər.
Bu separatçılar qurumlara yardımı isə “Azərbaycan-Ural” cəmiyyətinin sədri Şahin Şıxlinski təşkil edib.
Yardım isə elə ona məxsus, Yekaterinburq şərinin Sulimov küçəsində yerləşən “Baku Plaza” ticarət mərkəzində toplanır.
44 günlük müharibə dövründə Azərbaycanın haqq işinə bir rubl da yardım etməyən bu adam həm də sinəsində “Tərəqqi” medalı gəzdirir. Bütün dünyanın separatizmə qarşı çıxdığı bir vaxtda Şıxlinskinin etdikləri yalnız rəzalətdir.
Şahin Şıxlinski Avropa Azərbaycanlıları Konqresinin, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) vitse-prezidenti, ÜAK-ın Ural Dairə Şurasının sədri, Ümumdünya Azərbaycan və Türkiyə diaspor təşkilatlarının Koordinasiya Şurasının üzvü, Sverdlovsk vilayətinin Qubernatoru yanında Milli məsələlər üzrə Məsləhət Şurasının üzvüdür.
XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək